09 Dekabr 2019, Bazar ertəsi

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda istehsal, təhsil, səhiyyə müəssisələri üçün binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur.

Hazırda Şərur şəhərində yollar və səkilər yenidən qurulur, hündürmərtəbəli yaşayış binası, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Filialı üçün inzibati bina, mədəniyyət sarayı tikilir, təqaüdçülər üçün nəzərdə tutulmuş bina və mərkəzi univermaq əsaslı təmir olunur.
Son illər rayon mərkəzində ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzində saxlanılır. Təkcə bu il Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 6 və Kapitan Seyidov küçəsindəki 9 nömrəli yaşayış binalarının əsaslı şəkildə təmiri başa çatdırılıb. Kapitan Seyidov küçəsindəki üçmərtəbəli 11 nömrəli daha bir yaşayış binasının təmiri yekunlaşmaq üzrədir.
24 mənzilli binanın əvvəlki dam örtüyü yenilənib. Fasad hissəyə yeni üzlük çəkilib, nəzərdə tutulmuş yerlərə milli ornamentlərə uyğun cilalanmış travertinlər vurulub. Qapı və pəncərələr, qaz, su və elektrik xətləri dəyişdirilib, dəhlizlərdə paylayıcı elektrik şitləri qoyulub. Yağış sularını axıtmaq üçün nəzərdə tutulmuş metal borular plastik borularla əvəzlənib. Zirzəmidə və dəhlizlərdə təmir işləri davam etdirilir, mərtəbələrarası pilləkənlərə travertin üzlük döşənir. Binanın ətrafında layihədə nəzərdə tutulmuş abadlıq işləri görülür, səkilərə kilit daşlar döşənir, kənarlarına bordürlər düzülür.
Binadakı əsaslı təmir işləri yaxın günlərdə başa çatdırılacaq.
Onu da qeyd edək ki, rayonun Muğancıq Mehrab, Xələc kəndlərində aparılan kompleks quruculuq işləri yekunlaşmaq üzrədir .

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR