09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması” mövzusunda qısamüddətli təlim keçirilib.
Tədbiri komitənin sədri Müslüm Cabbarzadə açıb. O, rayon (şəhər) idarələrinin əməkdaşları üçün keçirilən bu təlimin ünvan reyestrinin aparılması sahəsində biliklərinin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ünvan reyestrinin aparılması sahəsində komitənin rayon (şəhər) idarələrinin qarşısında duran vəzifələrdən bəhs edib.
Ünvan reyestrinin aparılması sektorunun müdiri Ruslan Həsənov daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması ilə bağlı əyani vasitələrlə təlim iştirakçılarına geniş məlumat verib. Nəqliyyat infra­strukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini, ünvan nömrələrinin verilməsi zamanı əsas prinsiplər, bir ünvan nömrəsi almış torpaq sahəsi üzərində birdən çox girişi olan binanın tikildiyi hallarda girişlərin, həmçinin nizamsız düzülmüş binaların nömrələnməsi, ünvan lövhələrinin quraşdırılmasına qoyulan tələblər nümunələrlə təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR