25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Bu gün inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və ailə biznesi üzərində qurulub. Çünki ailə təsərrüfatları özəl mülkiyyətə əsaslanan iqtisadiyyatda özünüməşğulluğun ən uyğun formasıdır. Adından da göründüyü kimi, bu təsərrüfat növü ailə üzvlərinin iştirak etdiyi, idarəçiliyin və varisliyin ailə ənənələri ilə həyata keçirildiyi biznes modelidir.
Muxtar respublikamız ailə təsərrüfatlarının inkişafı üçün hərtərəfli şəraitə malik coğrafi məkanda yerləşir. Heyvandarlığın inkişafı üçün həmişəyaşıl səfalı yaylaqlar, əkinçilik və bağçılıq üçün ucsuz-bucaqsız düzən və bərəkətli torpaqlar ailə təsərrüfatlarının inkişafına töhfə verən mühüm amillərdəndir. Bütün bunlarla yanaşı, canlı təbiətin diyarımıza bəxş etdiyi min bir dərdin dərmanı şəfalı ot bitkiləri, turizm potensialı olan ecazkar səfalı təbiət mənzərələri ilə əhatə olunan dağ kəndləri və bunun kimi adlarını sadalamadığımız bir çox təbiət möcüzələri ilə əhatə olunan muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Əkinçiliklə məşğul olmaq üçün güzəştli şərtlərlə kreditlərin verilməsi, mal-qara təsərrüfatının inkişafı üçün dövlət tərəfindən ətlik və südlük heyvanların sakinlərə təqdim edilməsi muxtar respublikamızda kənd təsərrüfatının sürətlə inkişafına şərait yaradıb.
Muxtar respublikamızda kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artması kənd təsərrüfatının inkişafı fonunda ailə təsərrüfatlarının yaranmasına səbəb olub.

Əminliklə demək olar ki, ötən dövr ərzində muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılıb və görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin Tədbirlər Planının icrası nəticəsində ailə təsərrüfatlarının biznes planları tərtib olunub, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib.
2018-ci il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Vergi Məcəlləsində kənd təsərrüfatına və kənd təsərrüfatı məhsullarının istehsalçılarına edilən azadolma və güzəştlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılır, maarifləndirmə tədbirləri davam etdirilir.
Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddırlar. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fıziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad edilibdir.
Deyilənlər bir daha təsdiq edir ki, muxtar respublikamızda sürətli sosial-iqtisadi inkişaf prosesi gedir, insanların sosial təminatları və həyat güzəranları daha da yaxşılaşır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4495859
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5600
6952
38815
159900
4495859

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter