25 Avqust 2019, Bazar

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

İqtisadiyyatın mühüm inkişaf göstəricilərindən biri olan xarici ticarət əlaqələri Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində diqqət mərkəzində saxlanılır. Xüsusən son dövrlər “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması istiqamətində Naxçıvandan dünya ölkələrinə ixrac olunan mal və xidmətlərin həcminin artırılmasına da ciddi fikir verilir. Buna görədir ki, muxtar respublikada ixracyönümlü məhsul istehsal edən müəssisələrin sayı ildən-ilə artır. Hazırda muxtar respublikadan ixrac olunan məhsullar, əsasən, yerli xammala əsaslanır. Bunlar arasında mineral sular, təbii duz, emal olunmuş ət və meyvə məhsulları, qazlı aromatlaşdırılmış və spirtli içkilər, meyvə şirələri, sement, gips, gips lövhələr, məsaməli beton məmulatları, metal, mərmər və travertin daş məmulatları, xam dəri, mebel və sair məhsullar vardır. İxrac olunan məhsullar, əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə göndərilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Belə ki, 2019-cu ilin ilk yarım ilində muxtar respublikanın xarici ticarət dövriyyəsi 219 milyon 259 min 400 ABŞ dolları təşkil edib. Onun 191 milyon 612 min 200 ABŞ dollarını ixrac, 27 milyon 647 min 200 ABŞ dollarını idxal təşkil edib və 163 milyon 965 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4496069
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5810
6952
39025
160110
4496069

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter