07 Dekabr 2019, Şənbə

Naxçıvan Dövlət Universitetində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu gün ümummilli liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il qeyd edilir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixdə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamızda da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması da ana dilimizə ehtiramın ifadəsidir.
Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova, həmin kafedranın doktorantı Günay Ələkbərova çıxış edərək Azərbaycan əlifbasının keçdiyi inkişaf mərhələlərinə toxunublar. Qeyd olunub ki, görkəmli dövlət xadimi Azərbaycan dilini xalqımızın ən böyük dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin əsas rəmz­lərindən biri kimi hər zaman yüksək dəyərləndirib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR