19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Son illər həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi Ordubad rayonunda da taxıl istehsalında uğurlar əldə edilməsinə səbəb olub. Taxıl sahələrində mütərəqqi əkin və suvarma metodlarından istifadə, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə inkişafına və bol məhsul istehsalına yol açıb. Bütün bunların nəticəsində taxıl sahələrindən yüksəkkeyfiyyətli və bol məhsul götürülməsi, taxılçılıqla məşğul olan sahibkarlar onlara göstərilən hərtərəfli diqqət və qayğı hesabına növbəti təsərrüfat ilini uğurla başa vurublar. Belə ki, rayonun torpaq mülkiyyətçiləri 1964 hektarda payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər yetişdirərək 56 min 790 sentner məhsul əldə etməyə müvəffəq olublar. Bu, taxılçıları daha da ruhlandırıb və 2019-cu ildə rayon üzrə 1685 hektarda taxıl yetişdirilib. 15 iyul 2019-cu il tarixə 1685 hektar sahənin məhsulu tədarük edilib, 4785 ton taxıl götürü­lüb. Bu, hər hektardan orta hesabla 28,4 sentner məhsul deməkdir.
Ayrı-ayrılıqda götürdükdə, bu il rayonun Dəstə, Düylün, Biləv, Aza, Vənənd, Azadkənd, Sabirkənd, Üstüpü kəndlərində daha çox taxıl əkilib-becərilib.

Builki taxıl biçininin vəziyyəti ilə yerində tanış olmaq üçün bir neçə kəndə üz tutduq. Dəstə kəndində sahibkar Elman Məmmədəliyevlə söhbətdə öyrəndik ki, onlar təsərrüfatın bu gəlirli sahəsi ilə neçə illərdir, məşğul olurlar. Göstərilən hərtərəfli dövlət qayğısı və əkin sahələrinin münbitliyi onlara çəkdikləri zəhmətin qarşılığını artıqlaması ilə almaq imkanı verib. Bu il Elman Məmmədəliyevin rəhbərlik etdiyi kollektiv 78,58 hektar ərazidə bol məhsul yetişdirib.
Dəstə kəndində digər sahibkar Kərim Kərimov 20,5 hektarda, Hafiz Salmanov 30,3 hektarda, Nəriman Cəfərov isə 22,5 hektarda taxıl əkiblər. Onlar da dövlətin bu sahəyə olan diqqət və qayğısından yetərincə bəhrələndiklərini söylədilər. Xüsusən də maşın və texnikaların, kombaynın vaxtında göndərilməsi həm bol məhsul yetişdirilməsinə, həm də yetişdirilən məhsulun itkisiz toplanılmasına imkan verib.
Vənənd kəndində Yəhya Yəhyayev 17,3 hektarda, Məhəmməd Cəfərov isə 12 hektarda məhsul yetişdirib. Hər iki sahibkarın ixtiyarında şəxsi kombaynların olması yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasına imkan verib. Elə buna görə də onlardan bu ilin təsərrüfat göstəriciləri ilə maraqlandıqda bildirdilər ki, şükürlər olsun, torpaq onun əziyyətini çəkənin əvəzini artıqlaması ilə geri qaytarır.
Qeyd edək ki, bu il Ordubad rayonunda taxıl biçininə 5 kombayn cəlb edilib. Kombaynçılardan Əli Həsənov, Nəbi Qurbanov, Mənsur Həsənov, Yəhya Yəhyayev və Hilal Hüseynov bizimlə söhbətdə istər ehtiyat hissələri ilə, istərsə də sürtkü yağları və yanacaqla təminatda heç bir problemlə qarşılaşmadıqlarını bildirdilər. Biçin zamanı texniki təhlükəsizlik qaydalarına tam əməl edilməsi nəticəsində isə heç bir xoşagəlməz hadisə ilə rastlaşmayıblar.
Bu gün əksər yaşayış məntəqələrimizdə kənd adamları özlərinin əkib-becərdikləri taxılın çörəyini yeyirlər. Bu isə dövlətimizin taxılçılığın inkişafına və insanlara qayğısının bariz ifadəsidir.

Abbas SEYİD

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459331
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2287
1580
2287
123372
4459331

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter