23 İyul 2019, Çərşənbə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu il Naxçıvan şəhərindəki Atatürk küçəsinin hüsnünə yaraşıq gətirən yeni çalarlar əlavə olunub. Küçədəki 14 nömrəli binaya da qurucu­luq ərməğanından pay düşüb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən təmir-bərpa işlərinə aprel ayının ortalarından başlanılıb. Obyektin iş icraçısı Ehtiram Əlisoydan aldığımız məlumata görə, 4 mərtəbəli 34 mənzilli yaşayış binasının təməli möhkəmləndirilib, fasad hissədə sütunların bərkidilməsi işləri aparılır. Rabitə və elektrik xətləri yenilənib, su və qaz xətlərinin çəkilişi davam etdirilir, bloklarda suvaq işləri görülür. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub. İnşaatçılar lazım olan mal-materialla təmin ediliblər.

Naxçıvan şəhərinin Nizami küçəsi də son illərdə aparılan genişmiqyaslı quruculuq tədbirlərindən lazımınca bəhrələnib. Cari ilin mart ayının 1-dən etibarən küçədəki 40 nömrəli binada əsaslı təmir işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarının çalışdığı obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Aqil Mirzəyevin dediyinə görə, zirzəmi ilə birlikdə 6 mərtəbəli 50 mənzilli yaşayış binasının hazırda fasad hissəsində beton-qəlib və üzləmə işləri görülür. Yaşayış binasının pəncərələri dəyişdirilir, dam örtüyü hissəsinə torpaq qatı verilir, kommunikasiya xətləri yeniləri ilə əvəzlənir.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4294079
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1099
5501
6600
125437
4294079

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter