18 Oktyabr 2019, Cümə

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi, üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Titullu idmançımız daha sonra yerli idmançıya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçi ilə qarşılaşan həmyerlimiz növbəti dəfə əzmkar qələbə qazanaraq adını finala yazdırıb.
Hacı Əliyev dünən həlledici ­görüşdə – finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamla başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Qarşılaşmada başdan sona kimi diktə edən tərəf olan Hacı (10:2) qızıl kolleksiyasına Avropa Oyunlarının qalibi titulunu növbəti dəfə əlavə edib.
Sonda qalib idmançımız mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR