27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçininə start verilib. Bununla əlaqədar olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində səyyar müşavirə keçirilib.
Müşavirədə cəmiyyətin Texniki şöbəsinin rəisi Həzi Həsənov bildirib ki, builki taxıl biçinində 94 kombayn iştirak edəcək. Kombaynlar saz vəziyyətə gətirilib, kifayət qədər ehtiyat hissəsi alınıb.
Biçin zamanı kombaynlara yerlərdə servis xidmətləri də göstəriləcək. Hər bir kombaynçı və sahibkar hər hansı bir problemlə üzləşərsə, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə və onun rayon bazalarına müraciət edə bilərlər. Onların hər bir müraciəti yerindəcə həll olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov qeyd edib ki, torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməklə zəmiləri yaxşı becəriblər. Bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın alış qiyməti bir kiloqramı 30, buğdanın 1 kiloqramı 35 və qarğıdalının 1 kiloqramı 40 qəpik olub. Verdikləri taxılın dəyəri nağd şəkildə təsərrüfat sahiblərinə yerindəcə ödəniləcək.
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov və Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov ot-taxıl biçinində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məsələlərindən danışıblar.
Sonra kombaynçılara və sahibkarlara yanğın balonlarından istifadə qaydaları izah olunub, kombaynda baş verə biləcək müxtəlif nasazlıqların aradan qaldırılması ilə bağlı məsləhətlər verilib.

Xəbərlər şöbəsi