23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi aprel ayında da diqqətdə saxlanılmışdır.
Ötən ay 27 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Culfa, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir. Şərur rayonunun Yuxarı Daşarx, Xanlıqlar və Siyaqut kəndlərində planaalma işləri başa çatdırılmış, 2054 daşınmaz əmlak obyekti plana alınmışdır.

Şahbuz rayonunun Külüs və Keçili bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmış, 30-a yaxın müxtəlif məzmunlu plan və xəritələr hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Culfa-Ordubad avtomobil yolunun tikintisi aparılan ərazilərdə monitorinqlər keçirilmiş, yol kənarında kənd təsərrüfatına yararlı torpaq sahələrinin münbit qatının korlanması halları qeydə alınmamışdır.
Aprel ayında 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 425 texniki sənəd hazırlanmış, yeni yaranmış 72 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 72 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Naxçıvan şəhərində daşınmaz əmlak obyektləri ünvanlarının dəqiqləşdirilməsi davam ­etdirilmişdir.
Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 76 vətəndaşın müraciətinə baxılmış, 42 vətəndaşa elektron xidmətlər göstərilmişdir. Naxçıvan Dövlət Universitetində komitənin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4008912
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3146
4717
16402
91294
4008912

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter