23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada həyata keçirilən məqsədyönlü siyasət, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası iqtisadi və sosial sahələrin davamlı inkişafını təmin etmiş, yüksək nəticələr qazanılmışdır.
Əldə olunmuş uğurları və dinamik inkişafı xarakterizə edən mühüm göstərici kimi ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manat təşkil etmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,7 dəfə çoxdur.

Yanvar-fevral ayları üzrə ümumi daxili məhsul istehsalı, min manat

2019-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun 51,8 faizi və ya 182 milyon 610 min manatı məhsul istehsalından, 45,4 faizi və ya 160 milyon 237 min 900 manatı göstərilən xidmətlərin dəyərindən, 2,8 faizi və ya 9 milyon 712 min 700 manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 42,9 faizi məhsul istehsalından, 52,1 faizi göstərilən xidmətlərin dəyərindən, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilib.

2009-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun tərkibində sənayenin payı 25 faiz olduğu halda, hazırda bu göstərici 35,3 faiz təşkil edir. Sənayenin ümumi daxili məhsulun tərkibində xüsusi çəkisinin davamlı artımı və ilk yerdə təmsil olunması muxtar respublika iqtisadiyyatının çoxsahəli və sabit inkişafını xarakterizə edir.
Sənaye ilə yanaşı, ərzaq təhlükəsizliyinin təminatında mühüm sahə olan kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılmış, məhsul istehsalının həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artmışdır.
İnfrastruktur quruculuğu, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2019-cu ilin ilk iki ayında əsas kapitala vəsait qoyuluşu 2009-cu ilin bəhs edilən dövründəki göstəricini 2,6 dəfə üstələyərək 73 milyon 180 min manat olmuşdur. Ümumilikdə, 2009-cu ildən 1 mart 2019-cu il tarixədək muxtar respublikada bütün sahələrin inkişafına 8 milyard 717 milyon 667 manat vəsait yönəldilmişdir ki, bunun da 7 milyard 841 milyon 919 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb.
Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2019-cu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə 2 milyon 483 min 600 manat dəyərində kreditlər verilmişdir.
2019-cu ilin fevral ayının sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunmuşdur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilmişdir.
2009-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 37 min 283 yeni iş yeri yaradılmışdır ki, bunun da 33 min 866-sı və ya 90,8 faizi daimi iş yerləridir. Açılmış daimi iş yerlərinin 1488-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10 min 549-u mövcud müəssisə və təşkilatlarda, 46-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 783-ü isə fiziki şəxslərdə yaradılmışdır.
Məhsul istehsalı əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaratmışdır. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda yük daşınması 2009-cu ilin müvafiq dövründəki göstəricidən 62,5 faiz, informasiya və rabitə xidmətləri 2,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 3,6 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 2,8 dəfə artmışdır.
Müqayisə olunan dövrdə yerli istehsalın inkişafını xarakterizə edən digər bir göstərici kimi ixrac 10,2 dəfə artmış, idxal isə 32,1 faiz azalmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası və həyata keçiriləcək digər tədbirlər iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885012
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2078
4106
6184
75403
3885012

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter