13 Dekabr 2019, Cümə

Muxtar respublikada ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin saxlanılması, insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmək üçün cari ilin birinci rübündə ekoloji tədbirlər davam ­etdirilmişdir. Fauna ehtiyatlarının qorunması, qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə 29 reyd-yoxlama keçirilmiş, 45-dən çox yaşayış məntəqəsində, təbiət ərazilərində monitorinqlər aparılmışdır. Qış fəslində, xüsusilə qar örtüyünün çox olduğu yerlərdə, qoruq, milli park, yasaqlıq ərazilərində və faunanın kompleks məskunlaşdığı digər ərazilərdə biotexniki tədbirlər həyata keçirilmiş, ərazilərə 2500 kiloqram daşduz, 1200 kiloqramdan çox buğda, arpa və meyvə-tərəvəz məhsulları səpilmişdir.

Hidrometeoroloji fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni su monitorinq laboratoriyasının tikintisi başa çatdırılmış və avadanlıqların quraşdırılması işi davam etdirilir.
Yaz əkini mövsümündə muxtar respublika ərazisində 350 hektardan çox sahədə əkin aparılması, 108 min müxtəlif meyvə və həmişəyaşıl ting, 710 kilo­qram toxum əkilməsi nəzərdə tutulur. Bu məqsədlə əkin mövsümündə 50 hektar sahədə badam, cəviz, ərik, alma, tut, iydə tingləri, 30 hektardan çox ərazidə badamça, yemişan, həmərsin ­toxumları ilə əkin aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR