26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Aprelin 3-də Naxçıvan Biznes Mərkəzində “İqtisadi siyasətə təsir təhlillərinin qiymətləndirilməsi” mövzusu üzrə təşkil olunmuş seminar öz işini yekunlaşdırıb.
Seminar iştirakçılarına sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev bildirib ki, bu tədbirdə iştirak edən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin iqtisadçı müəllim tələbələrindən ibarət 100-dən artıq iştirakçıya müasir iqtisadiyyatın aktual problemlərindən olan sahələrarası əlaqələrin təhlili və qiymətləndirilməsi, iqtisadiyyatın tarazlı inkişafına təsirlərin təhlili, makro­iqtisadi təsirlərin qiymətləndirilməsi və proqnozlaşdırılması, investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi, biznes planların tərtibi, investisiyaların səmərəlilik göstəricilərinin müəyyən edilməsi mövzularında çıxışlar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. O, keçirilən seminarın Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı üçün faydalı olacağına əmin olduğunu bildirərək, iştirakçılara gələcək təhsildə və iqtisadiyyatın müxtəlif sahələri üzrə elmi tədqiqatlarda uğurlar arzulayıb.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132852
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
881
4775
10012
96452
4132852

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter