27 Yanvar 2020, Bazar ertəsi

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunmuşdur. Azərbaycanda isə “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən etibarən qeyd olunur.
Məqsəd poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaqdır. Poeziya danışıq nitqi ilə musiqi arasında bir növ orta mövqe tutur.
Muxtar respublikamızda da poeziya sənətinin inkişafına böyük qayğı göstərilir, Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əməyi yüksək qiymətləndirilir. Qədim diyarımızda görkəmli şairlərin yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların ev muzeyləri yaradılır. Hər il böyük romantik şairimiz Hüseyn Cavidin anadan olduğu gün Naxçıvanda “Hüseyn Cavid Poeziya Günü” keçirilir. Şair və yazıçılarımız orden və medallara, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülürlər. Müstəqillik dövründə yazıçı və şairlərimizin 1000-dən çox kitabı, 10-dan çox almanaxı nəşr olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmmuş “Oxunması zəruri olan kitabların siyahısı”nda Azərbaycan və dünya ədəbiyyatının da klassik poeziya nümunələri vardır. Bu Sərəncam kitab, mütaliə ilə bərabər gözəl poeziya nümunlərinin təbliği üçün də geniş inkanlar açır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev və Əməkdar elm xadimi, professor Hüseyn Həşimli çıxış ediblər.
Sonda Azərbaycan və dünya poeziyasından nümunələri bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

Əli Rzayev

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR