19 Sentyabr 2019, Cümə axşamı

Bu günlərdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.
Biznes-forumda son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyi, bu inkişafın sahibkarlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli şərait yaratdığı vurğulanıb.
Azərbaycan-İran iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən biznes-forumda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin və “Dekor Qrup” MMC-nin nümayəndələrinin iştirakı təmin edilib.
Tədbir çərçivəsində Azərbaycan və İran iş adamları arasında əməkdaş­lığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər də keçirilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR