23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən fevral ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 9 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürül­müş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Tumbul kəndində ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılmış, 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair torpaq balansı tərtib edilmişdir. Şərur rayonunun Yuxarı Aralıq kəndində isə planaalma işləri başa çatdırılmış, Babək rayonunun Cəhri kəndində planaalma davam etdirilmiş, ay ərzində 1999 daşınmaz əmlak obyekti plana alınmışdır. Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan 1 nömrəli sahə inzibati ərazi dairəsində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır.
Fevral ayında 510 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 384 texniki sənəd hazırlanmış, yeni yaranmış 55 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 83 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilmiş, 17 küçədə ünvan lövhələrinin və giriş nömrə nişanlarının quraşdırılması başa çatdırılmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 52 vətəndaşın müraciətinə baxılmış, 44 vətəndaşa elektron xidmətlər göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006584
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
818
4717
14074
88966
4006584

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter