23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq sahəsinin oynadığı mühüm rol nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və tabeliyindəki qurumların iş şəraiti yaxşılaşdırılır. Ötən ilin aprel ayından etibarən Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin və Babək Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
2018-ci ilin noyabr ayından etibarən tikintisinə başlanılan Baytarlıq İdarəsi üçün yeni inzibati bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda binanın dam örtüyü vurulur, rabitə və elektrik xətlərinin çəkilişi aparılır.
Qeyd edək ki, müasir layihə əsasında inşa olunan binanın birinci mərtəbəsində dərman və boyaq maddələrinin saxlanılması və qəbul otaqları, eləcə də arxiv yerləşəcək. İkinci mərtəbədə isə virusoloq-həkim, terapevt-həkim, epizootik-həkim, süni mayalanma və laborant-sanitar otaqları, laboratoriyalar fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006575
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
809
4717
14065
88957
4006575

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter