23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada yeni texnologiyaların tətbiqi, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi, internet və teleradio xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi ilə əlaqədar tədbirlər uğurla davam etdirilir.
Fevral ayında Şərur rayonunun Kərimbəyli Kənd Mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Burada quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir. Şərur rayonunun Kərimbəyli poçt bölməsi yeni binaya köçürülmüş, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində ötən ay 169 yeni telefon nömrəsi istismara verilmişdir.

Muxtar Respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4-cü mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanmış, bu ilin fevral ayında avadanlıqlar muxtar respublikaya gətirilmişdir. Hazırda avadanlıqların montaj quraşdırma işləri davam etdirilir. 2019-cü ilin üçüncü rübünədək layihənin başa çatdırılması nəzərdə tutulur.
Fevral ayında muxtar respublika ərazisində, ümumilikdə, 6270 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 467 yeni abunəçi internetlə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
866
4717
14122
89014
4006632

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter