26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Yaponiyanın Obihiro şəhərində “Kənd təsərrüfatı siyasəti” mövzusunda təlim-seminar keçirilib.
Seminara Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin baş məsləhətçisi İlqar Quluzadə Azərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak edib.
Seminarın pro­qramına mühazirələr, müzakirələr, Yaponiyanın kənd təsərrüfatıyönümlü istehsal müəssisələri ilə tanışlıq, sahə turları daxil olunub. İştirakçılar Obihiro şəhərinə səyahət edib və Kavanasi, İqasi kooperativləri ilə tanışlıq imkanı qazanıblar. Müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzularında mühazirələr dinlənilib və müzakirələr aparılıb.
Sonda ölkəmiz, o cümlədən muxtar respublikamız haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat olub, nümayəndə heyətinin üzvlərinə sertifikatlar verilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792544
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
382
2548
2930
56861
3792544

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter