22 Sentyabr 2020, Çərşənbə axşamı

Muxtar respublikada aqrar bölmə daim diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişafına dövlət tərəfindən dəstək verilir, müvafiq qanun və sərəncamlar qəbul olunmaqla kənd təsərrüfatına investisiya qoyuluşu ilbəil artırılır.
Son illər aqrar bölmədə çalışan fermer və torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bu sahəyə olan maraq durmadan artır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağları dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli Qərarına əsasən əkilən 1 hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə ayrılan vəsaitin 25 faiz artırılaraq 50 manata çatdırılması, taxıl əkini üçün verilən gübrə normasının 70 faizinin pulsuz ödənilməsi torpaq mülkiyyətçilərinə əlavə stimul verib.

2018-ci ilin payızında əkilmiş taxıl əkinlərinə dövlət tərəfindən nəzərdə tutulmuş miqdarda pulsuz azot gübrəsinin verilməsinə 1 fevral 2019-cu il tarixdən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında başlanılıb. Havaların mülayim keçməsini nəzərə alaraq sahələrə gübrənin səpini həyata keçirilir. Artıq taxıl istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən ayrılan ­ 50 manat maddi yardımın da verilməsinə başlanılıb. Verilən vəsait istehsalçıların kart hesablarına köçürülüb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR