12 Avqust 2020, Çərşənbə

Muxtar respublikada 2019-cu ilin yanvar ayında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 368,9 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 91 milyon 782 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 661 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 33 milyon 718 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2019-cu ilin yanvar ayında 8 milyon 229 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Həmin dövr ərzində diri çəkidə ət istehsalı 2028 tonu, süd istehsalı isə 2005 tonu ötmüşdür. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.
2019-cu ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 25 min 700 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 66 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,5 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, bəhs olunan dövr ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 3 milyon 158 min 100 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 28,2 faiz çoxdur. Verilmiş kreditlərin 591 min 300 manatı və yaxud 18,7 faizi qısamüddətli, 2 milyon 566 min 800 manatı və yaxud 81,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 fevral 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80235-ə çatmışdır ki, bunun da 70625-i və ya 88 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar ayında açılmış 1391 bank hesabının 1382-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2019-cu il tarixə 1272-yə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar ayında 29 milyon 721 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 23 milyon 950 min ABŞ dolları təşkil etmiş, 18 milyon 178 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2018-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433 manat təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 3,1 faiz çoxdur.

* * *

1 yanvar 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötmüşdür.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR