24 Sentyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin yanvar ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətə­davamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, məhsulların 65 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 43 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 62 halda laboratoriya analizləri aparılmış və standartların tələblərinə uyğun olduğu müəyyən edilmiş, məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 36 müraciət operativ icra edilmişdir. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 18 məktəbin bufetində, 6 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında və 10 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 10 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində yeni yaradılan 1 ailə təsərrüfatına 10 adda məhsulun etiket layihələrinin hazırlanmasına metodik köməklik göstərilmiş, Naxçıvan şəhərində fəaliyyət göstərən 13 satış obyektində ailə təsərrüfatı məhsullarının satışı bölməsi yaradılmışdır.
Dövlət müəssisə və təşkilatları tərəfindən mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarət gücləndirilmiş, alkoqollu içkilər istehsal edən 4 müəssisədə arağın laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. 61 bərbərxanada maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 61 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, 13 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 32 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmış, daxili bazar və gömrük-keçid məntəqələrində aparılan monitorinqlər zamanı idxal olunan 380 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 7 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR