19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi müasir dövrdə ölkələrin aqrar sektora ehtiyacı daha çox hiss olunur və ərzaq təhlükəsizliyi məsələsi daha qabarıq şəkildə özünü büruzə verir. Aqrar sektor yalnız ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, həm də ekoloji tarazlığın qorunmasında mühüm rola malikdir. Hətta bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır.

Muxtar respublikamızda da bu məsələ diqqətdə saxlanılır. Qeyd etmək lazımdır ki, diyarımızda əkinəyararlı torpaq sahələri məhduddur. Buna görə torpaqlardan səmərəli istifadə edilməsinə ciddi önəm verilir. Nəzərə almaq lazımdır ki, fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi qarşıya qoyulan məqsədə çatmaq üçün mühüm əhəmiyyət daşıyır. Təcrübəli əkinçilər yaxşı bilirlər ki, torpaq yerin üst münbit qatıdır, kənd təsərrüfatının əsas istehsal vasitəsidir. O, insanları qida, heyvanlar aləmini yem, sənayeni isə xammal ilə təmin edir. Tərkibi və xassələri, hansı təbəqədən əmələ gəlməsi ilə əlaqədar olaraq torpaqlar bir-birindən fərqlənir.
Ümumiyyətlə, torpaq bərk, maye, qaz halında və canlı komponentlərdən ibarət olan təbii bir varlıqdır. Onun bərk hissəsi mineral və üzvi birləşmələrdən, qum, gil, lil və sairdən ibarətdir. Onların bir-birinə nisbəti torpağın mexaniki tərkibini xarakterizə edir. Torpağın maye hissəsi sudan, suda həll olmuş üzvi və mineral birləşmələrdən ibarətdir. Qaz halında olan hissəsi (torpaq havası) torpaqda su ilə əhatə edilməyən boşluqları tutur. Torpaq havası atmosfer havasından fərqli olaraq karbon qazı ilə daha zəngindir.

Torpağın canlı hissəsi torpaq mikroorqanizmlərdən – bakteriyalar, göbələklər, aktinomusetlər, yosunlar və sair, onurğasızların nümayəndələrindən amöb, qurdlar, molyuskalar, onların sürfələrindən və torpaqaltı həyat keçirən həşəratlardan ibarətdir. Onlar, əsasən, torpağın üst qatında bitkilərin köklərinə yaxın yerdə fəaliyyət göstərirlər. Bəzi torpaq mikroorqanizmləri bilavasitə bitkilərin kökləri üzərində inkişaf edir.
Bütün bunlarla bərabər, torpağın tərkibində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında böyük əhəmiyyəti olan makro (azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir və başqa) və mikroelementlər (bor, manqan, molibden, mis, sink və sair) də vardır. Onların bir-birinə nisbi miqdarı torpağın kimyəvi tərkibini müəyyən edir.
Torpağın fiziki xassələri, əsasən, onun rütubət və istilik tutumu, susızdırma qabiliyyəti və sairlə xarakterizə edilir. Torpağın xassələri və tərkibi göstərilən canlı orqanizmlərin, iqlimin və insanların fəaliyyətinin təsiri nəticəsində daim dəyişir.
Qeyd olunduğu kimi, torpağın kənd təsərrüfatında müstəsna rolu vardır. Lakin torpaqdan düzgün istifadə edilmədikdə onun faydalı xassələri, tədricən itir və məhsul yetişdirmək üçün yararsız hala düşür. Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat təkcə məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və sair çatışmazlıqlara da gətirib çıxarır.
Fermerlər və torpaq mülkiyyətçilərinin primitiv iş üsullarından istifadə etmələri, meliorativ tədbirlərin vaxtında və bəzi hallarda, ümumiyyətlə, aparılmaması, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı lazımi qaydada mübarizə işinin təşkil edilmə­məsi ciddi problemlər yaradır.
Nə qədər keyfiyyətli toxumdan və əkin materialından, gübrədən, pestisidlərdən, texnikadan istifadə olunsa da, torpaqları sağlamlaşdırmadan yüksək nəticələr əldə etmək olmaz. Bununla hər gün məşğul olunmalıdır, onu sabaha saxlamaq vəziyyəti daha da gərginləşdirə və torpağa dəymiş ziyanı daha da artıra bilər.
Muxtar respublikamızın torpaq-iqlim şəraitinə uyğun əkinçilik sisteminin tətbiq edilməsi zəruridir. Belə bir cəhət nəzərə alınmalıdır ki, xəstəlik və zərərvericilərin təbii mühitdə fizioloji normaları vardır. Onlar bir o qədər ziyanlı deyil. Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, torpaqda çoxlu miqdarda xeyirli mikroorqanizmlər vardır. Lakin, təəssüflər olsun ki, xəstəlik və zərərvericilərlə mübarizə apardıqda bəzən bütün bu cəhətlərə fikir verilmir. Təhlükəli xəstəlik və zərərvericilərlə yanaşı, faydalı amillər də məhv edilir. Yaxud başqa bir misal. Taxıl məhsulu yığımından sonra, sahələrdə qalan küləşin yandırılması xeyirli entomofaunaya da xeyli ziyan vurulur, torpaqda və havada bioloji və ekoloji tarazlıq pozulur.
Əkilmiş torpaq sahələrinin suvarılmasının kortəbii şəkildə həyata keçirilməsi suvarma və kollektor-drenaj sistemindən lazımi dərəcədə istifadə edilməməsi, bir çox hallarda qrunt sularının səviyyəsinin nəzərə alınmaması və sair torpaqların şoranlaşmasına, eroziyasına, fitosanitar cəhətdən çirklənməsinə səbəb olur. Bunların qarşısının alınması üçün də təxirəsalınmaz tədbirlərin aparılması diqqətdə saxlanılmalıdır.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
192
3542
89288
135390
3612148

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter