26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, onlar üçün əlverişli şəraitin yaradılması, muxtar respublikada güclü sahibkarlar təbəqəsinin formalaşması ilə bərabər, yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, mövcud olanların isə fəaliyyətlərini genişləndirmələrinə yol açıb. Dövlət maliyyə dəstəyi ilə istehsal sahəsini genişləndirən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dünən Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, Əcəmi 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisində “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin köynək və alt trikotaj mallarının istehsalı sahəsi istifadəyə verilib. Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirak ediblər.
Tədbirdə çıxış edən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova bildirib ki, daxili bazarın yerli istehsal məhsulları ilə təmin olunması üçün dövlət dəstəyi sayəsində sahibkarlıq subyektlərinin, özəl müəssisələrin yaradılmasının mühüm əhəmiyyəti vardır. Bu müəssisələrdən biri olan “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxili tələbatın ödənilməsində iştirak edir.

Qeyd olunub ki, müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 800 min manat vəsait sərf olunub. Bunun 485 min manatı Sahibkarlığın İnkişafı Fondundan ayrılmış kredit vəsaiti, 315 min manatı isə daxili imkanlar hesabına ödənilib.
Yeni istifadəyə verilmiş binada köynək istehsalı sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yerləşib. İstehsal sahəsi təhlükəsizlik kameraları, havalandırma qurğuları, yanğından mühafizə və xüsusi işıqlandırma sistemləri ilə təchiz edilib.
Burada Yaponiya, Avstraliya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü 8 saatlıq iş rejimində 1000 ədəd köynək, kişi və uşaq alt trikotaj geyimləri olan müəssisədə 13 çeşiddə məhsul istehsal ediləcəkdir. Bu, daxili bazarın tələbatını ödəyəcək.
İstehsal sahəsində 45 yeni iş yeri açılıb. Burada çalışan işçilər xüsusi geyim forması ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132704
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
733
4775
9864
96304
4132704

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter