13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın sosial-iqtisadi inkişafının nəticələrini özündə əks etdirən növbəti statistikanı açıqladı.

Statistikaya görə, 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Əvvəlki aylarda olduğu kimi, cari ilin ilk on ayında da ümumi daxili məhsul istehsalında ilk yeri sənaye sahəsi tutur. Belə ki, sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının istehsal həcminə gəldikdə isə bu sahədə əldə olunan artım daha yüksəkdir.
Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Kənd təsərrüfatı məhsulları içərisində heyvandarlıq məhsullarının istehsal həcmi daha çoxdur. Bəhs olunan dövr ərzində diri çəkidə ət istehsalı 19926,1 tona, süd istehsalı isə 77230 tona çatıb. Analoji olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalında 5,2, süd istehsalında isə 1,3 faiz artım qeydə alınıb.

Təbii ki, açıqlanan rəqəmlər aqrar sektorda mühüm nailiyyətlərin əldə olunmasının göstəricisidir. Burada əsas məsələ dövlətin kənd təsərrüfatı sahəsinə olan diqqəti, bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlərdir. İndiyədək muxtar respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən işlər onu sübut edir ki, aqrar sektor dövlətimizin prioritet qəbul etdiyi strateji istiqamətlərdəndir. Bu sahənin inkişafı üçün müxtəlif dövlət pro­qramlarının qəbul edilməsi, sahibkarlar, xüsusilə torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlər, dövlət tərəfindən bu sahə ilə məşğul olanlara hərtərəfli yardımların göstərilməsi aqrar bölmənin inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri də müxtəlif görüşlərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin zəruriliyini vurğulayıb, bu sahənin muxtar respublikanın strateji ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını bildirib.
Adətən, hər zaman sənayenin aqrar sektora münasibətdə genişlənməsi iqtisadi inkişafın göstəricisi kimi qəbul edilir. Doğrudur, sənaye sahəsi məhsul istehsalında yeniliklərin birbaşa tətbiq olunduğu, eyni zamanda istehsal həcmini artırmağa imkan verən sektordur. Ancaq bunu da unutmaq olmaz ki, sənayenin, xüsusilə ərzaq sənayesinin inkişafı birbaşa kənd təsərrüfatına bağlıdır. Yəni aqrar sektoru inkişaf etdirmədən sənayedə də uğur qazanmaq çətindir. Bu gün inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, həmin ölkələrdə kənd təsərrüfatı sahələri kifayət qədər inkişaf edib. Sənaye isə bu sektorun üzərində daha da irəli gedərək həmin ölkələri istehsalçı ölkələrə çevirib. Bu baxımdan düşünürük ki, tarixən aqrar xüsusiyyətlərə və imkanlara malik muxtar respublikamızda kənd təsərrüfatının inkişafı hər zaman öz əhəmiyyətini qoruyacaq.
Yeri gəlmişkən onu da vurğulayaq ki, kənd təsərrüfatının hərtərəfli inkişafında ən mühüm amil bu sahədə infrastruktur tədbirlərinin həyata keçirilməsidir. Hətta aqrar sektorda belə tədbirlərin həyata keçirilməsi digər sahələrlə müqayisədə daha bahalı və müddət tələb edəndir. Hamımıza məlumdur ki, son illərdə muxtar respublikamızda əkin sahələrinin suvarılması üçün mövcud su mənbələrindən on kilometrlərlə uzaqda yerləşən əkin sahələrinə yeni su xətləri çəkilir. Bu cür layihələrin həyata keçirilməsi və nəticədə, əkiləcək torpaqlar üçün müasir suvarma sistemlərinin tətbiq olunması hazırda bütün dünyada bahalı layihələrdən sayılır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, muxtar respublikamızda əkin üçün yararsız, şoranlaşmış ərazilər də az deyil. İndi əsas məqsəd belə torpaqların şoranlaşmasının qarşısını almaq, davamlı olaraq onları əkin dövriyyəsinə cəlb etməkdir. Bu isə maliyyə ilə yanaşı, həm də zaman tələb edir. Yəni bütün bu sadaladığımız işlər həm də o deməkdir ki, indi muxtar respublikada aqrar sektora dövlət tərəfindən böyük investisiyalar qoyulur. Nəticədə, yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq üçün yeni imkanlar yaradılır. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün atılan addımlar bu sahənin davamlı inkişafını təmin etməklə yanaşı, növbəti illərdə onun yerli iqtisadiyyatda payını da artıracaq.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
627
5770
17462
56799
3397632

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter