19 Aprel 2019, Cümə

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

20-24 noyabr tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində XVII MÜSİAD EXPO Beynəlxalq sərgisi keçirilmişdir. Sərgidə 33 ölkədən 7 mindən çox iş adamı, o cümlədən muxtar respublikada fəaliyyət göstərən “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının və “Az-Elektrod” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgi çərçivəsində yerli sahibkarlıq subyektlərinin nümayəndələri sərgi ilə tanış olub, keçirilmiş konfransda iştirak ediblər. Brendlərin reklamı və yeni tərəfdaşlıq imkanlarının artırılması məqsədilə qarşı tərəfə muxtar respublikada istehsal olunan məhsullar haqqında geniş məlumatlar verilib.
İkili görüşlər zamanı “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının nümayəndəsi Türkiyə Respublikasının “Tatmetal” şirkətinin nümayəndəsi ilə, “Az-Elektrod” MMC-nin nümayəndəsi isə Türkiyənin Göktekin Enerji, Ücsa ambalaj, Aktaş, Maknart, Kocabey makine, FM Panel, Yeşilova şirkətlərinin nümayəndələri ilə potensial əməkdaşlıq əlaqələrinin yaradılmasına dair görüşlər keçiriblər.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3870395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3434
4476
18785
60786
3870395

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter