21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Doğma Naxçıvanımızda xalqımızın qədim tarixini, mədəniyyətini, məişət həyatını özündə əks etdirən sənət sahələri günümüzdə yüksək səviyyədə yaşadılaraq gələcək nəsillərə ötürülür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da yaxın gələcəkdə qədim diyarda xalçaçılıq sənətinin daha da inkişaf etdirilməsinə geniş şərait yaradacaq. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan şəhərində bina üçün yer ayrılıb. Cari il mart ayının ortalarından başlanan inşaat işləri hazırda yekunlaşmaq üzrədir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarından olacaq xalça istehsalı emalatxanasının binası, ümumilikdə, 8 min 500 kvadratmetr ərazini əhatə edir. Obyektin tikintisi “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub. Binalardan biri toxuculuq, digəri isə boyaqxana və yun tədarükü məntəqəsi üçündür.

Obyektin iş icraçısı Siyavuş Qasımovdan aldığımız məlumata görə, toxuculuq üçün ayrılan zirzəmi ilə birlikdə ikimərtəbəli binada əsas işlər yekunlaşıb. Hazırda binanın daxilində yer səthinə daş döşənir və taxta örtük vurulur, divarlarda boya işləri görülür. Boyaqxana və yun tədarükü məntəqəsi üçün tikilən binada isə metal konstruksiya işləri aparılır, yaxın vaxtlarda panellərin vurulmasına başlanılacaq. Binaların həyətində abadlıq işləri görülüb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Obyektdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. Burada inşaatçılar üçün lazımi iş şəraiti və istirahət imkanı yaradılıb. İnşaat işlərində, əsasən, yerli tikinti materiallarına üstünlük verilir. Bu da, təbii ki, həm işin keyfiyyətlə aparılmasına, həm də obyektin tez bir zamanda təhvil verilməsinə imkan yaradır.
Layihəyə əsasən toxuculuq üçün inşa olunan binada xalçatoxuma zalı, tibb və sərgi-satış otaqları, xammal və hazır məhsul anbarları, boyaqxana və yun tədarükü məntəqəsində isə yun anbarı, yun yuma yeri, iplik boyama və digər otaqlar fəaliyyət göstərəcək.
Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan xalça istehsalı emalatxanası doğma şəhərimizin görünüşünə əlavə çalarlar qatmaqla yanaşı, həm qədim xalq sənətinin inkişaf etdirilməsinə, həm də yeni iş yerlərinin açılmasına stimul olacaq.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299191
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3013
4291
10959
83837
3299191

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter