21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında son dövrlərdə həyata keçiri­lən kompleks tədbirlər bütün sahələrlə yanaşı, səhiyyənin də uğurlu inkişafını təmin etmiş, əhalinin sağlamlığının qorunması diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi insanların yüksək səhiyyə xidməti ilə təmin olunmasına geniş imkanlar yaradıb. Belə ki, 2008-ci ildən ­1 oktyabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Kardioloji Mərkəz, Onkoloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik ­Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 19 xəstəxana, 57 həkim ambulatoriyası, 56 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazır­lanması davam etdirilib. Bununla yanaşı, bu sahədə çalışanların bilik və təcrübələrinin artırılması məqsədilə çoxsaylı seminarların, konfransların keçirilməsi və tibb işçilərinin xarici ölkələrə kurslara göndərilməsi ümumi inkişafa stimul yaradıb.

İnsanların sağlamlığının qorunmasında keyfiyyətli ərzaq məhsulları ilə yanaşı, içməli su təminatı da mühüm rol oynayır. Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir. Bu istiqamətdə muxtar respublikada son dövrlərdə Naxçıvan şəhərində Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Naxçıvan şəhərinin Hacıniyyət, Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Şərur, Culfa və Şahbuz şəhərlərində, eləcə də ətraf kəndlərində və Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndlərində içməli su və kanalizasiya şəbəkəsi yaradılıb.
Naxçıvan şəhərində Təmizləyici Qurğular Kompleksi yaradılıb, Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi hazırda davam etdirilir.
Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan verib. Belə ki, 2008-ci ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən kişilərdə 70,8, qadınlarda isə 76,4 yaş təşkil edirdisə, 2017-ci ildə bu göstərici 78,6, o cümlədən kişilər üçün 76,5, qadınlar üçün isə 80,6 yaş səviyyəsində olub.
Əhalinin sağlamlığının qorunmasının qarşıya məqsəd kimi qoyulduğu muxtar respublikada səhiyyə sahəsində infrastrukturun yenilənməsi istiqamətində cari ilin ötən dövründə də mühüm tədbirlər həyata keçirilib, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası yenidən qurulub, Şərur rayonunun Ərəbyengicə və İbadulla, Babək rayonunun Aşağı Buzqov kəndlərində həkim ambulatoriyası binaları, Culfa rayonunun Dizə, Babək rayonunun Yuxarı Buzqov kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib.
Ordubad rayonunun Dəstə kəndində həkim ambulatoriyası binasının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının, Culfa rayonunun Qazançı kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilib.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq cari ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Bundan əlavə, səhiyyənin tibbi kadrlarla təminatında xüsusi rolu olan Naxçıvan Tibb Kollecinin binasının yenidən qurulması başa çatdırılıb, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması hazırda davam etdirilir.
Muxtar respublikada müasir səhiyyə ocaqlarının istifadəyə verilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və ixtisaslı tibbi kadrlarla təminatı əhali sağlamlığının bundan sonra da yüksək səviyyədə qorunmasına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299218
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3040
4291
10986
83864
3299218

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter