21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dünyada gedən qloballaşma prosesləri və əhali artımı ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini zəruri edib. Bu problem Azərbaycanda ərzaq təminatının maddi əsasını təşkil edən sahələrin məhz regionlar üzrə ixtisaslaşmasına səbəb olub. Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyini təmin etmək üçün məqsədyönlü işlər görülür. Nəticədə, əhalinin ərzaqla təminatı daxili imkanlar hesabına ödənilir. 

İnkişaf etmiş ölkələrin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyində idxal kanallarından asılılığın kifayət qədər zərərli nəticələri ola bilər. Çünki idxaldan asılılıq, son nəticədə, ərzaq bazarının strukturuna mənfi təsir göstərir. Kənd təsərrüfatının təkmilləşdirilməsi makroiqtisadi baxımdan muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm vasitələrdən hesab olunur. Naxçıvanın blokada şəraitində olması bunu daha da zəruri edir, bu istiqamətdə müxtəlif layihələr həyata ­keçirilir.

Mövzu ilə əlaqədar daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin şöbə müdiri Kərəm Rəhimovla həmsöhbət olduq. O bildirdi ki, muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Buranın torpaq-iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması tarixən əkinçiliyin inkişafını şərtləndirib. Diyarımızda özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasının əsası ümummilli ­liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə, ötən əsrin ­ 90-cı illərində qoyulub. Bu dövrdə ilk dəfə muxtar respublikamızda həyata keçirilən aqrar islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirilib, kənd təsərrüfatının inkişafı yeni modeldə, özəl təsərrüfatların yaradılması yolu ilə aparılıb. Hazırda diyarımızın ümumi sahəsinin 30 faizi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 38 faizi əkin altında olan suvarılan torpaqlardır. Artıq muxtar respublikada bu sahəni əhatə edən yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artırılmasına və nəticə etibarilə, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verib.
Bu gün qeyd olunan islahatların davamı kimi dövlət proqramları, qanunlar qəbul edilir, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. Dövlət proqramlarının icrası nəticəsində taxıl, dən üçün qarğıdalı, kartof, tərəvəz və bostan məhsulları, meyvə və üzüm istehsalı ilbəil artır, tələbat, əsasən, yerli istehsal hesabına ödənilir. Toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq­-sürtkü materiallarına görə verilən yardımların 50 manata çatdırılması, istifadə olunan gübrələrin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf etdirmək üçün güclü stimul verib.
Muxtar respublikada əkin altında olan torpaq sahələrindən səmərəli istifadə edilməsində əkinçiliyin elmi əsaslarla inkişafının mühüm rolu vardır. Bu məsələnin həllində “Əkin atlasları”nın böyük əhəmiyyəti olub. Belə ki, 2011-ci ildən etibarən hər bir şəhər və ra­­yonlar üzrə hazırlanmış “Əkin atlas­ları”nda torpaq-iqlim xüsusiyyətləri, torpaqların qida maddələri ilə təminolunma dərəcəsi, əkiləcək bitkilərin botaniki xüsusiyyətlərini nəzərə almaqla, sortların rayonlaşdırılması və ixtisaslaşma istiqamətləri öz əksini tapıb. Artıq əkinçilikdə ixtisaslaşmanın dərinləşməsi əkin sahələrinin və məhsul istehsalının artması ilə öz müsbət nəticəsini verir.
Bunlardan əlavə, torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi əkinçilikdə başlıca şərtlərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləndirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Suvarma sistemlərinin ilbəil təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, Culfa, Babək və Kəngərli rayonlarında qapalı suvarma şəbəkələri tikilib.
Müsahibimin sözlərinə görə, muxtar respublikamızın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə və tərəvəzlərin əkini üçün elmi-tədqiqat işləri də aparılır. Bu istiqamətdə nazirliyin “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də əsaslı işlər həyata keçirilib. Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatının texnoloji avadanlıqlarla təchiz olunmuş yeni kompleksi istifadəyə verilib. Muxtar respublikanın əsas toxumçuluq bazası olan bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının istehsal və satışı da həyata keçirilir.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək üçün iritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar sahəsi və 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi fəaliyyət göstərir. Əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində tədbirlər davam etdirilir, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır.
Artıq bir neçə ildir ki, torpaq mülkiyyətçilərinin tədarük etdikləri məhsulların satışını təmin etmək üçün təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkaları və tanıtım məqsədli bir sıra festivallar da əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasına öz töhfəsini verir.

Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3009
4291
10955
83833
3299187

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter