21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Könlü balıq istəyənin... 

...Muxtar respublikada balıqçılığın inkişafı üçün geniş imkanlar vardır. Arpaçayda, Arazda, su anbarlarında qiymətli balıq növləri yetişdirmək mümkündür.
Aparılan kompleks hidrobioloji tədqiqat işlərinin nəticələri göstərir ki, az kapital qoyuluşu və zəhmət tələb edən bəzi tədbirləri həyata keçirməklə bütün su anbarlarının balıq məhsuldarlığını xeyli artırmaq və bol, təzə balıq əldə etmək olar. Qanunsuz balıq ovunun qarşısı alınmalıdır. Bəziləri balıqları dayazlıqlarda kürü tökərkən yaba, armatur, tros parçası və sair vasitələrlə tutmağa çalışır. Belə “ov” xeyli kürü tökən balığın yaralanıb qaçmasına və sonradan məhvinə səbəb olur.
Bir vaxtlar balığı yığıb-yığışdırmaq olmurdu. İndi vəziyyət tamamilə dəyişib. Balıq ovunun kütləvi xarakter alması pis nəticələr vermişdir. Bu iş, demək olar ki, başlı-başına buraxılmışdır. Naxçıvan Su ­Anbarında balıq ovlayan təşkilat bir olmalıdır və həmin təşkilat yerli, sənaye əhəmiyyətli balıq növlərinin (aynalı, karp, çəki, sıf və sair) körpələrinin süni şəkildə çoxaldılıb həmin hövzəyə buraxması ilə onun ehtiyacını bərpa etməyə borcludur. Mövcud su anbarlarının heç birinin nasos və şlüzlərində balıq mühafizəedici qurğular qoyulmamışdır. Buna görə də xeyli miqdarda balıq körpəsi nasoslarda və ya suvarma suyu ilə sahələrə axaraq məhv olur. Yeni tikilən Vayxır, Qazançı Su anbarlarında hökmən belə qurğuların qoyulmasının qayğısına qalmaq lazımdır. Bu mühüm məsələ əlaqədar təşkilatları nədənsə narahat etmir. Bir sözlə, könlü balıq istəyən hər bir kəs bütün bu deyilənlərə ciddi əməl etməlidir.

“Şərq qapısı” qəzeti
7 noyabr 1992-ci il

Balıqçılıq inkişaf etdirilir, yerli məhsullar süfrələrimizi bəzəyir

Bu sətirlər 26 il bundan öncə çətinliklərlə üzləşdiyimiz bir dövrdə ürək yanğısı ilə qələmə alınıb. O vaxtlarda ki Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına ona inadla müqavimət göstərir, hətta düşmənə ağır zərbələr vuraraq geri çəkilməyə vadar edirdi. Digər tərəfdən isə qədim yurdumuz blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərik. Çünki işğal təhlükəsi hələ də ­sovuşmamışdı. Belə bir məqamda bu sahə ilə bağlı məqalənin dərc olunması onu göstərirdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, qaldırılan bütün məsələlərin öz həllini tapacağına inanırlar. Bu inam da əbəs deyildi. Ona görə ki, ulu öndərimiz Naxçıvana gəldikdən sonrakı dövrdə bizim üçün xəyal kimi görünən bir çox problemi qısa zamanda həll etmişdi...

 “Könlü balıq istəyənin ...” məqaləsinin süjet xəttinə diqqət yetirsək, görərik ki, burada müəllifi narahat edən məsələlər daha çox balıqçılıqla bağlı konkret bir qurumun olmaması, balıqların kürüləmə vaxtında qanunsuz şəkildə ovlanması, sututarların ekoloji vəziyyəti ilə bağlı problemlər idi.

Ötən müddətdə dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, məqsədyönlü islahatların aparılması bu sahədə də mühüm nailiyyətlərin əldə edilməsinə geniş imkanlar açdı. Bu gün Naxçıvan Muxtar Respublikasında 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir, onlar əhalinin bu məhsullara olan tələbatının davamlı şəkildə ödənilməsinə çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə biləcək yüksəkkeyfiyyətli balıq sortları üçün əlverişli təbii şərait yaradılıb. Görülən tədbirlər bu qiymətli sərvətin qorunub, çoxaldılmasına imkan verib. Əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən bu tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır, muxtar respublikada balıq və digər su resurslarının qorunması, bərpa və mühafizəsinə xüsusi diqqət yetirilir. Hazır­da Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq obyektlərində artırılır. Süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Əvvəllər “akvakultura” adlanan göl balıqçılığı diqqətdən kənarda qalmışdısa, indi bu balıqçılıq növünün inkişafına da ciddi önəm verilir. Balıq yetişdirən və balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlə­timizin bu sahəyə diqqət və qayğısından xəbər verir. Bu qayğının ifadəsidir ki, 2015-ci il sentyabr ayının 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklərə nail olunub.
Balıq ovu mövsümünün başlanması ilə balıqçılar Araz çayında ova çıxırlar. İndi mağazalardan sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür.
Ötən günlərdə bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq. Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə öyrəndik ki, sovetlər dövründə yarıtmaz binalarda, köhnə avtomobillərlə və kiçik imkanlarla fəaliyyət göstərən kollektiv üçün bu gün müasir tələblər səviyyəsində şərait yaradılıb, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb. Təsərrüfatın əsas vəzifələrindən biri də balıq ovlanması ilə yanaşı, balıq yetişdirilməsidir. Bunun üçün kompleksdə 40 qapalı hovuzun hər birində 25 min olmaqla, il ərzində 1 milyon balıq yetişdirilir. Hovuzlar balıqların çoxalıb böyüməsi üçün zəruri mikrobioloji mühitlə təmin olunub, bunun üçün avadanlıqlar quraşdırılıb. Bu da imkan verir ki, muxtar respublikanın su hövzələrində balıq artırılması mövcud hövzələrimizin bioloji xüsusiyyətlərinə və əhalinin tələbatına uyğun şəkildə öz imkanlarımız hesabına mümkün olsun.
Öyrəndik ki, Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bazardakı tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzində lazım olan həcmdə balıq ovlanır, muxtar respublikada əhalinin balıqla təminatını ödəməyə səy göstərilir. Hazırda şəhərdə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir. Su hövzələrindən tutulan balıq növləri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır.
Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nda 31 nəfər işləyir. İşçilər lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə balıqçılara çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Onların bir neçəsi ilə söhbətimizdə bunları söylədilər:
– İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Minnətdarıq ki, bizim üçün bu cür şərait yaradılıb. Əsas ona diqqət yetiririk ki, kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Axı bu sərvət təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək. Ona görə də gözəl yurdumuzun təbii sərvətləri lazımınca qorunduğu kimi balıq ovunun qaydalarına da ciddi əməl olunur. Necə deyərlər, könlü balıq istəyən hər bir insan onu alıb süfrəsinə gətirə bilir. Bu isə o deməkdir ki, ötən əsrin 90-cı illərindəki bir sıra mühüm problemlərlə yanaşı, bu məsələ də artıq öz həllini tapıb.
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbar­ları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3123
4291
11069
83947
3299301

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter