17 Yanvar 2019, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dəstə kəndi muxtar respublikamızın ən iri yaşayış məntəqələrindən biridir. Sərhəd bölgəsində yerləşən bu kənddə son illər bir sıra quruculuq tədbirləri həyata keçirilməkdədir. 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası öz başlanğıcını bu kəndin ərazisindən götürəcək.

Bu məqsədlə kəndin Araz çayı kənarında xeyli inşaat işləri yerinə yetirilib. Bundan başqa, Dəstədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən 900 şagird yerlik 4 mərtəbəli məktəb binasının, iki mərtəbədən ibarət həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikintisi, demək olar ki, başa çatdırılıb.
Kənd məktəbində 3-ü elektron lövhəli olmaqla, 43 sinif otağı, idman zalı, laboratoriyalar, şahmat və hərbi kabinə müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bina müasir istilik qurğuları ilə qızdırılacaq.
Həkim ambulatoriyasında stomatoloq kabinəsi, doğuş, peyvənd, mama, qeydiyyat, səhiyyə maarifi mərkəzi, palata, manipulyasiya, tibb bacısı otağı, fizioterapiya kabinəsi və əczaxana fəaliyyət göstərəcək.
Kənd mərkəzində rabitə evi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı, polis sahə və baytarlıq məntəqələri, eləcə də iclas zalı olacaq.
Bir mərtəbədən ibarət xidmət mərkəzində isə ərzaq və sənaye malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı kənd sakinlərinə xidmət göstərəcək.
Kənddaxili yolların asfaltlaşdırılması işi də başa çatdırılıb, yol kənarlarında suayırıcılar düzəldilib, ətraf abadlaşdırılıb. Bu işləri Culfa rayonunun yol ustaları yerinə yetiriblər.

Abbas SEYİD

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3608018
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
71796
4172
85158
131260
3608018

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter