21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib. Bu baxımdan 2018-ci ilin ötən dövrünün nəticələri də diqqəti cəlb edir. Həmin dövrdə muxtar respublikada 344 milyon 334 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. Bunun da 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını isə idxal təşkil edib. Xarici ticarət üzrə 268 milyon 944 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu gün doğma diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal edilir. Hazırda Naxçıvanda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, İran, Gürcüstan, Küveyt, Çin və Qırğızıstan kimi ölkələrə muxtar respublikadan müxtəlif məhsullar ixrac edilib.

İstehsal olunan ixracyönümlü ərzaq məhsullarının keyfiyyəti də yüksəkdir. Müasir dünyada təbii məhsullara verilən üstünlük belə məhsulların xarici bazarlara çıxarılma imkanlarını artırır. Bu məqsədlə muxtar respublikada ilk dəfə olaraq məhsul ixracına dəstək üçün “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Müəssisənin əsas vəzifəsi məhsulların respublika ərazisində satışının genişləndirilməsi, qablaşdırma, dizayn, markalanma və digər göstəricilərin yaxşılaşdırılması, xarici ölkələrə ixracın təşkil edilməsindən ibarətdir.
Bu gün ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara böyük dəstək verilir. Bu istiqamətdə həm ­ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Təkcə 2018-ci ilin ötən dövrü ərzində Almaniya, Rusiya, Türkiyə, İran, Pakistan, İtaliya, Latviya, Çin, Qazaxıstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 8-i biznes-forum, 11-i sərgi, 1-i konqres olmaqla, ümumilikdə, 20 beynəlxalq tədbirdə dövlət dəstəyi ilə muxtar respublikadan 123 sahibkarlıq subyektinin iştirakı təmin edilib. Bu tədbirlərin davamı kimi qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ixrac və əməkdaşlıq imkanları məqsədilə 9 ölkənin rəsmi nümayəndə heyəti ilə 13 halda müxtəlif görüşlər keçirilib və fikir mübadilələri aparılıb.
Keçirilən beynəlxalq tədbirlər istər muxtar respublikanın biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda iqtisadiyyatın prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini verməkdədir.
Qarşıda duran mühüm vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində iş aparılır. Artıq muxtar respublika ixracatçıları xaricdə keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunurlar. Bu çərçivədə cari ilin ötən dövrü ərzində Rusiyanın Həştərxan vilayətinə təşkil olunmuş ilk ixrac missiyasında muxtar respublikadan da nümayəndə heyəti iştirak edib və bu beynəlxalq sərgidə Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin 22 çeşiddə mineral sularının nümayişi təmin olunub.
Muxtar respublika sahibkarları bu gün nəinki qonşu ölkələr, həmçinin dünyanın bir çox ölkəsi ilə yaxından əməkdaşlıq edirlər. “Ləzzət Qida Sənaye” MMC və “Gəmiqaya Mineral Sular” MMC Dubayda keçirilən ən nüfuzlu sərgilərdən biri olan “Gul­food-2018” sərgisində Naxçıvanın brend məhsullarından olan “Sirab”, 3 növdə 19 çeşiddə “Badamlı” mineral suları nümayiş etdirib.
Növbəti ixrac missiyası 2018-ci il 24-26 oktyabr tarixlərdə İstanbulda təşkil olunub. Missiyaya qida, inşaat materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 20 nümayəndəsi daxil ­edilib.
Missiya çərçivəsində “Badamlı Mineral Sular”, “Şərur-3”, “Savalan-S”, “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli və Babək “Sirab”Açıq Səhmdar cəmiyyətlərinin nümayəndələri Türkiyədə qida, spirtli və spirtsiz içkilərin idxalı ilə məşğul olan TADCO Gida Pazarlama İç və Dış Ticarət LTD şirkətinin nümayəndəsi ilə ikitərəfli görüşlər keçirib, Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və beynəlxalq tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin edilir. Belə ki, 2018-ci ilin ötən dövrü ərzində verilmiş 103 halda mənşə sertifikatları muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırıb.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənir.
Sahibkarların mütəmadi olaraq maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində muxtar respublikanın İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi seminar və təlimlər təşkil olunur. Məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilir. Bu məqsədlə cari il sentyabr ayının 27-də Naxçıvan Biznes Mərkəzində Beynəlxalq Ticarət Mərkəzinin (İTC) dəstəyi ilə Avropa İttifaqına məhsul ixracı imkanları, bazar tələbləri, müasir marketinq alətləri, beynəlxalq sərgilərdə iştirak qaydaları və daha yaxşı nəticələrin əldə edilməsi mövzularında təlim təşkil edilib.
İxracın artırılması üçün qarşıda duran əsas vəzifələr rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsul istehsalının təşviqinə, müəssisələrin mövcud potensialının inkişafına, məhsulların daha geniş məkanda təbliğinə və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir. Gələcəkdə bu istiqamətlərdə həyata keçirilən tədbirlər daha da gücləndiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299434
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3256
4291
11202
84080
3299434

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter