13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq bildirib ki, muxtar respublikamızda həyata keçi­rilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi ­dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin nəticəsidir ki, son illər yüzlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşdırılıb.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək deyib ki, muxtar respublikamızda işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları öz əhəmiyyəti ilə seçilir.

Qeyd olunub ki, Kəngərli rayonunda da təşkil edilən əmək yarmarkalаrı əhаlinin məşğulluğunun gücləndirilməsində, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətlərinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.

Vurğulanıb ki, Kəngərli rayonunda da əhalinin məşğulluğu və maddi rifah halının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişləndirilməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açıb.
Əmək yarmarkasına 10-u dövlət və 6-sı özəl müəssisələrdən olmaqla, 137 boş iş yeri çıxarılıb. Yarmarkanın gedişi zamanı 23 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib.

Babək İsmayılov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3398968
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1963
5770
18798
58135
3398968

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter