24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatında yeni plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb.
Ok­tyabrın 9-da müəssisədə bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək qeyd ediblər ki, muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, sakinlərin rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin həlli, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsindən ibarətdir.
Yeni yaradılan istehsal müəssisəsi ilə tanışlıq zamanı sahibkar Rafiq Əliyev məlumat verib ki, müəssisə muxtar respublikada plastik taralara olan tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir.

Bildirilib ki, burada bütün növ plastik taraların istehsalı və reklamlaşdırılması üçün lazımi avadanlıqlar quraşdırılıb. Müəssisənin gündəlik istehsal gücü saat­da 5 min taradır. Dövlət maliyyə dəstəyi ilə yaradılan müəssisə əlavə olaraq respublikamızın digər bölgələrindən də sifarişlər qəbul edir. Fəaliyyətə az bir müddətdə başlamasına baxmayaraq artıq Gəncə, Quba və Sumqayıt şəhərlərindən taraların sifarişləri qəbul olunub. Müəssisə bütün növ plastik taraların istehsalı imkanına malikdir.
Qeyd olunub ki, Nehrəm kəndində plastik tara istehsalı müəssisəsinin yaradılması dövlətin sahibkarlığın inkişafına verdiyi dəstəyin bariz nümunəsi olmaqla, rayonda təsərrüfat imkanlarını daha da genişləndirəcək.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014231
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3665
4800
21721
96613
4014231

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter