11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə iqtisadiyyatın şaxələndirilməsi ilə idxaldan asılılığın azaldılması istiqamətində görülən işlərdən biri də tütünçülüyün inkişaf etdirilməsidir. Artıq ötən ildən muxtar respublikamızda yenidən tütün əkilməsinə başlanılıb. İlk olaraq Kəngərli rayonunda 8 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 12 tona yaxın quru tütün istehsal olunub. “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tütünü münasib qiymətlərlə qəbul edir. Bu da torpaq mülkiyyətçilərinin tütünçülüyə marağını artırıb. Cari ildə Kəngərli ilə yanaşı, Şərur və Babək rayonları ərazisində də, ümumilikdə, 41 hektar sahədə tütün əkilib və 50 tondan artıq məhsul götürülməsi proqnozlaşdırılır.
Dünən isə “Cahan Tabak Beynəlxalq” MMC-nin nəzdində yaradılmış Tütünyetişdirmə Mərkəzində Kəngərli rayonunda tütünçülüklə məşğul olan 22 torpaq mülkiyyətçisinə onların tədarük etdikləri məhsulun dəyəri ödənilib. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov bildirib ki, tütünçülərin bu sahədən yaxşı gəlir əldə etməsi üçün onlara hər cür köməklik göstərilir, tütün şitillərinin yetişdirilməsi, əkinlərə aqrotexniki qulluq göstərilməsi, şumlama, kağlama və digər işlərdə müasir texnikalardan istifadə edirlər. O həmçinin qeyd edib ki, tütün əkini məqsədilə, ümumiyyətlə, 500 nəfərə yaxın yerli sakinin müqavilə ilə məşğulluğu təmin olunub. Tütünçülər isə gələcəkdə daha yaxşı çalışacaqlarını bildirib, yaradılan şəraitə görə dövlətimizə min­nətdarlıq ediblər.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390856
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5472
5214
10686
50023
3390856

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter