15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Şahbuzlu zəhmət adamları bu fikirdədirlər

Muxtar respublikamızın iqlim şəraiti və hələ qədim dövrlərdən bəri əhalinin, əsasən, kənd təsərrüfatı ilə məşğul olması burada əkinçilik mədəniyyətinin formalaşmasını şərtləndirən amillərdən biridir. Əkin sahələrinin ildən-ilə genişləndirilməsi diyarımızı ölkəmizin ən çox kənd təsərrüfatı məhsulları istehsal edən regionlarından birinə çevirib.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda aqrar islahatların aparılmasına ilk dəfə Naxçıvanda başlanılması da təsadüfi deyil. Muxtar respublikamızda özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşdırılmasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, həmçinin icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın mühüm rolu vardır.

Şahbuz rayonunun zəhmətkeş insanları da islahatdan sonra torpaqlarının əsl sahibinə çevrildilər. Qısa bir zamanda rayonda əkinçilik sürətlə inkişaf etməyə başladı. Xüsusilə də kartofçuluq. Çünki Şahbuz rayonu muxtar respublikada bu sahənin inkişafı üçün ən əlverişli bölgədir. Kartof əkini sahələrini genişləndirmək, sahibkarlığı inkişaf etdirmək, əhalinin kartofa olan tələbatını ilboyu ödəmək, xüsusən də kənd əhalisinin məşğulluğunu artırmaq məqsədilə rayonda ardıcıl tədbirlər həyata keçirilib, bu gün də keçirilir. İllərdən bəri torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi, onların keyfiyyətli kartof toxumu və gübrələrlə təmin olunması bu sahəyə olan marağı daha da artırmış, nəticədə isə əkin sahələri genişləndirilmişdir. İndi zəhmət adamları bu qida məhsuluna olan tələbatlarını tamamilə ödəyir, istehsal etdikləri məhsulun artıq qalan hissəsini bazarlara çıxarıb satmaqla öz ailə gəlirlərini artırır, eyni zamanda muxtar respublika sakinlərini də yerli kartofla təmin edirlər. Əvvəllər məhsullarını satmaq üçün yer tapa bilməyən torpaq mülkiyyətçilərinə bu sahədə də yüksək dövlət qayğısı göstərilir. Muxtar respublikamızın bütün şəhər və rayonlarında təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkaları onlara imkan verib ki, istehsal etdikləri məhsul­­ları vaxtında, zay olmadan sata ­bilsinlər. Nəticədə, ucuz və keyfiyyətli yerli məhsullar bazarlarımıza xaricdən gətirilən keyfiyyətsiz məhsulları da artıq sıxışdırıb çıxa­r­ıb. Bütün bu qayğılardan bəhrələ­­nən kənd adamları isə torpağa baş əyir, yaxşı yaşamaq üçün zəhmət­­­dən gözəl vasitə olmadığını dərk ­edirlər.
Şahbuz rayonunun kartofçuluq üçün əlverişli olan torpaqları Ağbulaq, Gömür, Kükü, Aşağı Qışlaq, Güney Qışlaq, Nursu, Keçili kənd­lərinin ərazilərindədir. Rayonun torpaq mülkiyyətçiləri 2017-ci ildə 424 hektar sahədə kartof əkini keçirib. Cari ildə isə əkin sahələri artırılaraq 435 hektara çatdırılıb ki, bu da ötən illə müqayisədə 11 hektar çoxdur. Torpaq mülkiyyətçilərini keyfiyyətli toxum materialı ilə təmin etmək məqsədilə onlardan 46 nəfərinə 17,3 hektar üçün 51 min 900 kiloqram toxum alınaraq verilib.
Gündəlik olaraq süfrələrimizdə çörəkdən sonra ən çox istifadə etdiyimiz kartofun tərkibi, yetişdirilməsi, ona qulluq barədə mütəxəssis fikirlərinin lazımlı olacağını nəzərə alıb bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla söhbətləşdik. O dedi: – Muxtar respublikamızda kartof yetişdirilməsinin qədim tarixi vardır. Təcrübə göstərmişdir ki, diyarımız kartofçuluğun inkişafı üçün çox əlverişli torpaq və iqlim şəraitinə malikdir. Son illərdə muxtar respublikamızın Şərur, Ordubad, Babək və Şahbuz rayonlarında torpaq mülkiyyətçiləri tərəfindən kartof əkinlərinin sahəsi xeyli artırılmışdır.
O bildirdi ki, kartof bitkisinin ərzaq, texniki və yemlik əhəmiyyəti böyükdür. Kartofun tərkibində 76,3 faiz su, 23,7 faiz quru maddə vardır ki, bunun da 14-22 faizini nişasta və təxminən, 2 faizini zülallar təşkil edir. Bundan əlavə, kartofda müxtəlif vitaminlər, şəkər, mineral duzlar var. Zəngin qidalılıq tərkibinə görə kartofu haqlı olaraq “ikinci çörək” də adlandırırlar. Belə isə kartof əkini də taxıl əkini qədər vacib bir məsələdir. Nəzərə alsaq ki, hər bir bitki növünün əkilib-becərilməsi, çoxaldılması üçün münbit şərait lazımdır, kartof əkini üçün Şahbuz rayonu muxtar respublikamızın ən əlverişli bölgələrindən biri hesab edilə bilər. Rayonda qədim əkinçilik mədəniyyətinə uyğun olaraq torpaqların bitirəcəyi, yetirəcəyi və məhsul verəcəyi əkin növləri məlumdur. Bunu illərdir, həmin əkin növlərini tətbiq edib nəticəsini görən kənd adamları yaxşı bilirlər. Elə rayonda kartofçuluğun inkişaf texnologiyasını bilənlər də çoxdur. Kartof əkini sahələrindən bol məhsul əldə etməyin yolunu, dilini bilən elə kənd adamları var ki, onların əkində tətbiq etdikləri üsullar bu gün də özünü doğruldur. Kənd adamı daim torpaqla təmasda olduğu üçün onun nələrə qadir olduğunu da yaxşı bilir.
Rayonun ən yaxşı kartofçularından Ayrınc kənd sakini Sürəyya Quliyeva və Aşağı Qışlaqda yaşayan Bayram Rəcəbovla da söhbət etdik. Sürəyya xanım söhbətə belə başladı: – Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yetmiş il əsarətində yaşadığımız sovet dövründə torpaqlarımız özümüzünkü olmadı. Kənd adamı öz evinin həyətindəki üç-dörd metrlik torpaq sahəsindən başqa heç nəyin sahibi deyildi. Lakin o illərdə digər milli adət-ənənələrimiz kimi, qədim əkinçilik mədəniyyətini də qoruyub yaşada bildik. Çünki bir gün torpaqlarımızın özümüzünkü olacağına inanırdıq. Budur, artıq 20 ildən çoxdur ki, torpağımızın sahibiyik. Bu il ailə üzvlərimlə birlikdə torpaq sahəmizdə 16 ton kartof yetişdirdik. Əldə etdiyimiz məhsuldan ailəmizin qışboyu istifadəsi və gələnilki əkin üçün toxum ayırdıq, qalanını isə bazara çıxardıq. Özünüz təsəvvür edin, götürdüyümüz gəlir nə qədər ehtiyacımızı ödəyər. Onu da deməyi özümə borc bilirəm ki, bu məhsulu heç də təkbaşına əldə etməmişik. Bizə həmişə dövlət qayğısı göstərilib və mən bu qayğıya görə ailəm adından minnətdaram.
Bayram Rəcəbov isə bu il 8 ton məhsul toplayıb. Bu zəhmət adamı ilə söhbətimiz də maraqlı oldu. O dedi: – Ulu Dədə Qorquddan xalqımıza miras qalan bir söz yadigarı var: – Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becər­məyəcəksən, qorumağa dəyməz. Bu gün övladlarımız sərhədlərimizdə gecə-gündüz torpaqlarımıza keşik çəkir, qoruyurlarsa, bizim də borcumuz onu əkib-becərməkdir. Torpaq üzərində yaşayan, ona əmək verib əzizləyən, tər tökən heç kimin əməyini əvəzsiz qoymur. Torpaq ona üz tutub, öz ruzisini ondan istəyəni əliboş qaytarmır. O halda ki torpağın bağrına atılan hər bir dən, toxum yığım anınadək diqqətdə saxlanıla, ona böyük qayğı ilə yanaşıla. Əkmək şərt deyil, onu becərmək şərtdir.
Şahbuzlu torpaq mülkiyyətçilərinin hər biri bu fikirdədirlər ki, məhsul bolluğu üçün təbiətin üç amilinin vəhdəti gərəkdir. Torpaq, insan və su. Torpaq öz ağuşunu insana açırsa, insanı “Sən mənə tər ver, mən sənə zər”, – deyib zəhmətə səsləyirsə, deməli, insanın ondan qaçmağı, uzaqlaşmağı özünə ziyan edir. Məhsul bolluğuna təminatın bir tərəfi isə sudur. Su problemi olmayanda, təbii ki, əkilən sahədən bol məhsul götürmək olar. Bu gün rayonda su ilə bağlı heç bir problem yoxdur. Yeni su kanallarının çəkilməsi, su nasos stansiyalarının qurulması, su arxlarının erkən yazdan sakinlər tərəfindən təmizlənməsi torpaq mülkiyyətçilərini suvarma suyu ilə bağlı çətinliklərdən azad edib. İndi Şahbuzda kənd adamlarının torpağa bağlanması üçün bütün şərait var. Belə isə onların hər birinə uğurlar arzulayır, əkdiyinizin ikiqat, üçqat artığını götürəsiniz, – deyirik.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407390
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
931
4561
27220
66557
3407390

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter