15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti son illərin quruculuq, abadlıq tədbirlərindən pay alaraq yeni simasına qovuşub, binalarda aparılan təmir-bərpa işləri sayəsində sakinlərin mənzil-məişət şəraiti xeyli yaxşılaşıb. İnşa olunan yeni yaşayış binası da gələcəkdə sakinləri yüksəkkeyfiyyətli rahat mənzillərlə təmin edəcək.
Zirzəmi ilə birlikdə 4 blok və 7 mərtəbədən ibarət olan yaşayış binasının inşasına ötən ilin oktyabr ayından başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları hazırda obyektin tikintisini sürətlə həyata keçirir. İnşaatçılar geyim formaları və lazım olan avadanlıqlarla təmin ediliblər.
Binanın birinci blokunun 4-cü, digər blokların isə 5-ci mərtəbələrində qəlib-beton işləri görülür. Zirzəmiyə hörgü-suvaq vurulur, digər mərtəbələrdə isə hörgü aparılır.
Layihəyə əsasən yaşayış binasında lift quraşdırılacaq. Zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaq, birinci mərtəbədə 12 mağaza istifadəyə veriləcək. Obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amilinə xüsusi önəm verilir.

* * *

Bu ilin may ayından Naxçıvan şəhərində polis məktəbi üçün kompleks tikilir. Məktəb kompleksinə tədris korpusu, qərargah, yeməkxana və yataqxana binaları daxildir.
İkimərtəbəli tədris korpusunda laboratoriyalar, kitabxana, sinif, həmçinin elektron sinif otaqları daxil olmaqla, digər otaqlar da fəaliyyət göstərəcəkdir. Burada orta ixtisas təhsilli polis əməkdaşlarının hazırlanması üçün ən müasir şərait yaradılacaq.
Kompleksin ərazisində yaşıllıqlar salınacaq və müasir işıqlandırma sistemləri qurulacaqdır.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407287
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
828
4561
27117
66454
3407287

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter