24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
Tədris mərkəzi növbəti təlimə hərbi və hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq üzrə mütəxəssisləri dəvət edib. Bu sahə üçün xüsusi hazırlanmış kursa 2018-ci il 2-5 oktyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində və onun Penitensiar Xidmətində, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında çalışan 18 mütəxəssis cəlb olunub.
“Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir. Təkmilləşdirici kursda Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq­-mühafizə orqanlarında maliyyə-­mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazır­lanması mövzuları ilə yanaşı, tədris prosesində ilk dəfə olaraq “Mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət” mövzusu üzrə məlumatların da əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, kurs 4 gün, 12 tədris saatı olmaqla təşkil olunub, praktik məsələ və testlərin həllinə yer ayrılıb, eyni zamanda bir sıra mərhələlərlə – suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilib. Bundan əlavə, tədris zamanı ekspertlər tərəfindən təlimçilərin müşahidə edilməsi təlimin daha effektli keçirilməsinə imkan verir. Həmçinin tədris prosesində iştirakçılara gündə­lik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar ­ və misalları özündə ehtiva edən ­vəsaitlər təqdim olunacaq.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3180052
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1369
4484
10242
94599
3180052

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter