25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Yaz-yay aylarında kəndlərimizi bəzəyən xoş rayihəli gül-çiçəklər, gözoxşayan yaşıllıqlar, üzərinə şeh düşən al laləli çəmənliklər, çağlayan sərin bulaqlar, qədəm qoymaqda olduğumuz qızılı payız fəslində isə ləziz meyvələri bara-bəhərə dolmuş bağ-bağatlar, bərəkətli məhsulu ilə gözoxşayan tarlalar bu yerlərin sakinlərini sağlam və gümrah saxlayır. Bütün bu gözəlliklər insanlara xoş ovqat bəxş edərək onları işgüzarlığa səsləyir. Kəndli dan yeri sökülməmiş yuxudan oyanır, səhərin təmiz havasından sinəsinə çəkib işinə başlayır. Kimi tədarük etdiyi məhsulu bazara çıxarır, kimi ailəliklə torpaq sahələrinə üz tutub mövsümi işlər həyata keçirir, kimi də mal-heyvanı otlaqlara aparır. İnsanların əzmlə çalışaraq özlərinə gün-güzəran yaratdığı kənd həyatı, bax beləcə, hər gün öz axarı ilə davam edir. Dövlət tərəfindən göstərilən dəstək isə zəhmətkeşləri torpağa daha sıx tellərlə bağlayır. Nəticədə, əkilən sahələrin miqyası ilbəil genişlənir. Sevindirici haldır ki, artıq bir çox ailələr yaradılan imkanlardan lazımınca bəhrələnib, öz fərdi təsərrüfatlarını qurublar. 

Təqdirəlayiq haldır ki, son illər ərzində Naxçıvanın bütün bölgələrində ailə təsərrüfatları yaradılır, aqrar sahə ilə məşğul olanların sayı ilbəil artır. Əkinəyararlı münbit torpaq sahələri, bol su mənbələri ilə zəngin olan Babək rayonunda da qurulan belə təsərrüfatlar az deyil. Ötən günlərdə rayonun ən böyük yaşayış məntəqəsi sayılan Nehrəm kəndində qonaq oldum. Əvvəllər də tez-tez bu kəndə yolum düşdüyü üçün yaxşı bilirəm ki, bu yurdun sakinləri torpağa qırılmaz tellərlə bağlıdırlar. Elə dolanışıqlarını da əkin-biçinlə məşğul olub mal-heyvan saxlamaq hesabına qururlar.

Kənddə yeni təsərrüfatların yaradılması ilə sakinlərin işsizlik problemi də öz həllini tapıb. Təsərrüfatçı Cəfərqulu Babayevlə söhbətdən öyrənirəm ki, təsərrüfatında 40 baş iribuynuzlu mal-qara bəsləyən fermer ömrünün çoxunu əkin-biçinlə məşğul olub, mal-heyvan saxlamaqla keçirib. İllər ötsə də, zəhmətsevərliyi azalmayıb, əksinə, gündən-günə torpağa daha çox bağlanıb. Onun bu barədə dediklərindən:
– Dünyaya göz açıb özümü dərk edəndən atamın təsərrüfat işləri ilə məşğul olduğunu görmüşəm. Sovetlər dönəmində gecə-gündüz çalışmışıq ki, özümüzə yaxşı gün-güzəran yaradaq. Lakin o zaman indiki qədər şərait olmadığından istəyimiz baş tutmayıb. Həmin dövrdə su qıtlığı, yararsız otlaq sahələri üzündən mal-heyvan bəsləmək çox çətin idi. Üstəlik, torpağımız da öz əlimizdə deyildi ki, əkib-becərək. Bir sözlə, bütün bu problemlər kəndlinin gələcəyə inamını tükətmişdi. Lakin torpaqlar kəndliyə qaytarıldıqdan sonra insanların çöhrəsinə təbəssüm qondu. Bildik ki, artıq qaranlıq gecələrimiz, əzab-əziyyətli günlərimiz arxada qalıb. İllər ötdükcə vəziyyət daha da yaxşılaşdı. Mən də təsərrüfat qurub, iş-güc sahibi oldum. İndi yaşım çox olsa da, işləmək məni qətiyyən qorxutmur. Əksinə, yaxşı bilirəm ki, iş insanın cövhəridir. Yalnız zəhmət çəkib çalışmaqla nəyəsə nail olmaq mümkündür. Bir də ki, artıq gələcəyimizin təminatçısı olan müstəqil dövlətimiz var. Sevinirəm ki, övladlarım mən gördüyüm çətinliklərdən uzaqdırlar. Onu da deyim ki, təsərrüfat işi ilə məşğul olmaq asan deyil. Yəni bu sahədə tək bir insanın zəhməti ilə uğur qazanmaq olmaz. “Güc birlikdədir” deyimi bu gün ailəmizin həyat ritminə çevrilib. Şükürlər olsun ki, çəkdiyimiz zəhmət öz bəhrəsini verir.
Təsərrüfat sahibi fermasında inəklə yanaşı, camış da saxlayır. Deyir ki, bu heyvan az yemsevən olduğundan onu saxlamaq da asandır. Az yesə belə, məhsuldarlığı çox olur. Xəstəliklərə dözümlüdür. Dərisi qara olduğundan günəşin istisi ona daha çox təsir göstərir. Buna görə də camışı su hövzələrinə yaxın ərazilərdə otarmaq məsləhətdir. Kəndimizdə su sarıdan vəziyyət ürəkaçan olduğu üçün camışçılığa meyil çoxalıb. Onu da qeyd etmək lazımdır ki, bu heyvandan alınan ağartı məhsullarına tələbat da böyükdür. Camış südünün yağlılığı yüksək olduğundan, necə deyərlər, alıcısı da elə başının üstündədir.
Təsərrüfatda bəslənilən mal-qaradan alınan süddən pendir, qatıq, şor, kərə istehsal edilərək bazara çıxarılır. Cəfərqulu Babayev deyir ki, ticarətdə gərək halallıq ola. Əks-təqdirdə qazancdan heç bir xeyir tapmazsan.
Fermer hər il öz torpaq sahəsində taxıl əkini də aparır. Dövlətimiz tərəfindən ona gübrə və subsidiyaların verilməsi, eləcə də texnikalarla təminat və su bolluğu məhsuldar yığımla nəticələnir. Belə ki, o əkdiyi 12 hektar ərazidən cari ildə 30 tondan artıq məhsul tədarük edib. Artıq bir neçə gündən sonra yeni əkin üçün şum qaldırma işlərinə başlayacaq. Bu zəhmət adamı gələcək əkini daha geniş sahədə həyata keçirməyi nəzərdə tutub.
Nehrəm kəndinin zəhmətkeş sakinlərindən biri də Asəf Məmmədovdur. O, 20 ildən artıqdır, təsərrüfat işləri ilə məşğuldur. Deyir ki, torpaq sevgisi qəlbinə yol tapdısa, gün-güzəran qurmaq, qarşıya çıxan çətinliklərə sinə gərmək, bir sözlə, firavan ömür sürmək asan olar. Atalarımız çox gözəl deyib: “Nə əkərsən, onu da biçərsən”. Odur ki, gərək zəhmətə qatlaşmağı bacarasan ki, bəhrəsi də ürəkaçan ola.
Fermer əkdiyi 30 hektar taxıl sahəsindən bu il 80 tondan artıq məhsul tədarük edib. Dövlətimizin təsərrüfat sahiblərinə göstərdiyi qayğıdan geniş söhbət açan təsərrüfatçı bununla uğur qazanmağın daha asan olduğunu vurğuladı. Zəhmət adamı artıq şum qaldırma işlərini aparıb. O, bu barədə belə dedi:
– Bu gün biz kəndlilər üçün əlverişli şərait yaradılıb. Əkinəyararlı torpağımız, bol suyumuz, lazımi texnika və avadanlığımız var. Kəndliyə isə əzmlə çalışıb bol məhsul istehsal etmək qalır. Kəndimizdə taxılçılığa maraq olduqca böyükdür. Çünki hamı yaxşı bilir ki, taxıl ən dəyərli və müqəddəs nemətdir. Bu sərvətin becərilməsi böyük zəhmət tələb etsə də, uzun müddət taxılçılıqla məşğul olduğumdan iş mənə asan gəlir. Çünki toxumun əkilməsindən məhsulun tədarük edilməsinədək bütün incəlikləri öyrənmişəm. Təcrübəmə əsasən deyim ki, bol məhsul tədarükü üçün ilk olaraq əkiləcək torpağın qüvvəli olması vacibdir. Bu məqsədlə düzgün növbəli əkin aparılmalı və torpağın münbitliyini artıran gübrələr verilməli, keyfiyyətli və məhsuldar toxum növlərindən istifadə edilməlidir. Əkin yeri vaxtlı-vaxtında suvarılmalı, zərərvericilərə qarşı mübarizə aparılmalıdır. Məhsulu yetişdirmək işin əsas tərəfidirsə, onu vaxtında və itkisiz toplamaq da başlıca şərtdir. Bunun üçün isə müasir texnikanın gücündən istifadə edirik. Sadalanan işlərdə dövlətimizin dəstəyindən bəhrələndiyimiz üçün elə də çətinliyimiz olmur.
Hər bir Naxçıvan sakini yaxşı bilir ki, Nehrəm qarpızının dadı bir başqadır. Bu kəndin sakinləri adıçəkilən məhsulu dadlı-tamlı yetişdirməyi gözəl bilirlər. Ona görə də mövsüm zamanı hər kəs bu yerin qarpızına üstünlük verir. Fermer Asəf Məmmədov həm də qarpız ərsəyə gətirmək işində mahirdir. Belə ki, hər il əkib-becərdiyi ərazidən bol məhsul yığır, yaxşı qazanc sahibi olur. Cari ildə də 6 hektar ərazidə qarpız, qovun əkən fermer ürəkaçan nəticə əldə edib. Bundan başqa, taxıl tədarük etdiyi ərazinin 2 hektarında tərəvəz məhsulu da becərib. Hər həftənin şənbə günü keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında həmin məhsullar piştaxtaları bəzəməklə, alıcıların tələbatını ödəməklə, həm də təsərrüfat sahibinə yaxşı gəlir gətirir.
Bu gün Nehrəm kəndinin zəhmətkeş insanları ilə söhbətdən belə nəticə hasil olur ki, kəndlinin təsərrüfat qurması, firavan yaşaması üçün təminat yüksək səviyyədədir. Sakinlər bu fikirdədirlər ki, insan zəhməti və əzmi ilə dövlət dəstəyi birləşəndə yaxşı nəticələr əldə etmək olur. Buna görə də onlar yaradılan imkanlardan ruhlanır, yorulmaq bilmədən əkib-becərir, daxili bazarda məhsul bolluğu yaratmağa çalışırlar. Bu da belə deməyə əsas verir ki, gələcəkdə də bu kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinə daha böyük töhfələr verəcək.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064416
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3022
4327
7349
115747
3064416

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter