25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

  Muxtar respublikanın iqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Burada aqrar sahənin dinamik inkişafına stimul verən səbəblərdən biri iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olmasıdırsa, başlıca amil bu sahəyə hərtərəfli dövlət qayğısının göstərilməsidir. Diyarımızın kənd təsərrüfatının təhlili göstərir ki, aqrar sahədə irəliləyişlər davamlı xarakter alıb. 

Aqrar bölmənin əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və intensiv amillər hesabına məhsuldarlığın çoxaldılması məqsədilə mühüm sərəncam və qərarlar qəbul olunub. Uğurla başa çatdırılmış bir sıra dövlət proqramları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, bu gün də muxtar respublikada aqrar sahədə istehsal və istehlak baxımından güclü maddi-texniki baza yaradılıb, yerli məhsullar hesabına əhalinin etibarlı, eləcə də davamlı ərzaq təminatına nail olunub. Bu sahədə həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyalara cavab verəcək səviyyədə reallaşdırılması istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin və xüsusi çəkisinin artırılmasına daha dolğun şərait yaradıb.

Muxtar respublikamızda kontinental iqlim şəraiti hökm sürür, illik fəal temperaturun miqdarı çox yüksək olduğu üçün qədim əkinçilik adət-ənənələrimizi yaşadıb bugünkü nəslə çatdıran ata-babalarımızın təcrübələrindən istifadə etməklə təkrar əkinlər həyata keçirib, eyni torpaq sahəsini iki, zərurət yaranan hallarda üç dəfə əkib intensiv məhsuldarlığa nail ola, öz güzəranımızı daha da yaxşılaşdıra bilərik. O da qeyd edilməlidir ki, əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilməsində əkinçiliyin elmi əsaslarla inkişaf etdirilməsinin mühüm rolu vardır. Bunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında 2011-ci ildə rayonlarımızın əkin atlasları hazır­lanıb və həmin atlasların tələblərinə uyğun olaraq ixtisaslaşma həyata keçirilib. Hazırlanan əkin atlaslarında torpaq-iqlim xüsusiyyətləri, torpaqların qida maddələri ilə təminolunma dərəcəsi, əkiləcək bitkilərin botaniki xüsusiyyətləri nəzərə alınmaqla, sortların rayonlaşdırılması və ixtisaslaşma istiqamətləri öz əksini tapıb. Artıq kənd təsərrüfatının əkinçilik sahəsində ixtisaslaşmanın dərinləşməsi əkin sahələrinin və məhsul istehsalının artması ilə öz müsbət nəticələrini verir.
Ötən illərlə müqayisədə təkrar əkinlərin sahələrinin xeyli genişləndirilməsi, nəticə etibarilə, bu məqsədyönlü tədbirlərin əhəmiyyətliliyinin bariz nümunəsidir. Naxçıvan şəraitində mövsümə uyğun olaraq ən tez yetişib sovuşan bitkilər dənli və dənli-paxlalı bitkilərdir. Onlar buğda, arpa, noxud, lobya, paxla və eyni zamanda səbzə-tərəvəzlər, həmçinin vegetasiyasını qısa zaman kəsiyində başa vuran tərəvəzlərdir.
Təhlillərin nəticəsi göstərir ki, Naxçıvan şəraitində təkrar əkinlər iyul ayının üçüncü ongünlüyündən başlayaraq avqust ayının ikinci ongünlüyünə qədər olan dövrü əhatə edə bilər. Taxıldan sonra xiyar, lobya, mərcimək, ərəzən qarpız, qarğıdalı, keşniş, soğan, şüyüd, turp, kök, aşxana çuğunduru və aylıq kələm bitkilərinin əkilməsi daha yaxşı nəticələr verir. Təklif edilən bitkilərin botaniki və biomorfoloji xüsusiyyətlərinə nəzər salarkən aydın olur ki, onların inkişaf etdiyi dövr Naxçıvan şəraitində hərarətin tədricən azaldığı vaxtlara təsadüf edir. Buna görə də bu növdən olan bitkilərin məhsuldarlıq göstəriciləri yaz əkinlərindən nəinki geri qalmır, hətta əmtəəlik qabiliyyəti daha çox üstünlüyə malik olur. Təkrar əkinlərin həyata keçirilməsi növbəli əkinlərin yaradılmasında mütərrəqi bir üsuldur.
Növbəli əkin iqtisadi və aqrotexniki cəhətdən əsaslandırılmalıdır. Bitkiçilikdə belə əkinlərin tətbiqi çox böyük əhəmiyyətə malikdir. Çünki növbəli əkində bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq aqrotexniki tədbirlərin aparılması, hər bir bitkinin özündən sonra torpaqda müəyyən miqdar üzvi maddə (bitki qalıqları) saxlaması, onların torpaq strukturuna təsiri və vegetasiya dövrü ərzində torpağa ifraz etdiyi kimyəvi maddələrin qalıqları bu bitkidən sonra əkilmiş başqa bitkinin boy və inkişafına xeyli dərəcədə təsir göstərmiş olur. Növbəli əkin sistemində əsas məqsəd məhz hər bitkini bioloji xüsusiyyətlərinə uyğun münasib sələf bitkisi kimi istifadə etməkdən ibarətdir.
Təkrar əkinlərin təhlilinə nəzər saldıqda bir sıra daha dolğun və maraqlı məqamlar ortaya çıxır. Belə ki, təkrar əkinlərlə torpaqların uzun illər boyu strukturunun yaxşılaşdırılması təmin olunmaqla eroziyası və aşınmasının heç bir meliorativ tədbir aparmadan qarşısı alına bilir. Əkin dövriyyəsinə daxil edilən torpaqlarda əlavə xərc çəkmədən bitki xəstəlik və zərərvericilərinə qarşı aqro­texniki mübarizə tədbirləri aparılaraq, yaxşı nəticələr əldə edilir. İstehsal olunan məhsulun maya dəyəri daha ucuz başa gəlir. Bitkiyə və torpağa lazım olan rütubət balansının yaradılması ilə suvarma sularına yazlıq əkinlərlə müqayisədə üç-dörd dəfə qənaət etmək mümkündür. Eyni zamanda təkrar əkinlərdən əldə olunan məhsullar kəmiyyət və keyfiyyət göstəricilərinə görə xaricdən idxal olunmuş məhsulla daha güclü rəqabətə girib onları yerli bazardan sıxışdırıb çıxarmaq qabiliyyətinə malikdir.
Onu da yadda saxlamaq lazımdır ki, təkrar əkinlər yazlıq bitkilərin realizasiyası ilə müqayisədə beş-altı dəfə artıq gəlir gətirə bilir. Bununla yanaşı, istehsal olunmuş məhsulların qidalılıq dərəcəsinə görə tərkibi orqanizm üçün lazım olan qida maddələri ilə daha zəngin, məhsulun əmələ gəlməsi və yetişkənliyi havaların sərin keçdiyi ərəfələrə təsadüf etdi­yindən bitkilərin zərərverici xəstəliklərlə sirayətlənməsi yox dərəcəsində olur. Bu səbəbdən də heç bir kimyəvi preparatdan istifadə edilmir. Buna görə də istehsal olunan məhsulun ekoloji baxımdan saflığına zəmanət yaranır. Həmin məhsulların mövsümdən sonrakı dövrlər üçün konservləşdirilməsi və saxlanılması daha da etibarlı olur. Təkrar əkin ilboyu əhalinin yerli və keyfiyyətli məhsullarla təminatı baxımından əsaslı rol oynayır.
Adi hesablamalar da göstərir ki, əgər bu gün mülkiyyət formasından asılı olmayaraq, əkin dövriyyəsinə daxil olan torpaqlarımızın, təxminən, əlli faizində təkrar əkin həyata keçirsək, kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi sənaye istehsalını da ötüb keçə bilər.
Torpaqlardan səmərəli istifadə etməyimiz üçün isə dövlətimiz tərəfindən hərtərəfli və davamlı qayğı var.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin şöbə müdiri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064558
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3164
4327
7491
115889
3064558

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter