17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürül­məsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə ­resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradır və arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır. 

“Arı vuran pətəkdən qorxmaz”, – deyib atalarımız. Belə zəhmətkeş arıçılarımızdan biri də Şahbuz rayon sakini Asif Babayevdir. O, deyir ki, arıçılıq bu diyarda qədim zamanlardan bəri formalaşıb. Babam deyərdi ki, vaxtilə bu yurdun dağ kənd­lərində “gərməşov” adlı kəskin, spesifik iyli kol bitkisinin hər il pöhrələyən cavan şivlərindən arı səbəti toxunardı. Elə indinin özündə də bəzi dağ kəndlərində belə arı səbətlərinə rast gəlmək olur. Müasir arı pətəkləri, əsasən, taxta qutu formasındadır. Belə qutularda saxlanılan arı ailələrini zərərvericilərdən və xəstəliklərdən qorumaq asandır. Müxtəlif xəstəliklərə qarşı sahibkarlara hər cür dərman və biopreparatların verilməsi isə bu maraqlı, faydalı, iqtisadi cəhətdən gəlirli sahəyə dövlət qayğısının daha bir göstəricisidir, – deyə əlavə edir.

Bal arılarının ömrü iş mövsümündə, adətən, 25-30 gün olur. Ona görə də arı ailəsinə qırxlı çağa qədər gündəlik qayğı göstərilməlidir. Arıçılıqda yem bazası başlıca şərtdir. Bu zəhmətkeş canlılar ətraf mühitdən müxtəlif bitki növlərinin çiçəklərindən, tumurcuqlarından, gövdə çətirindən, yetkin meyvələrin şirələrindən qidalanırlar. Onların çəkdikləri nektar isə arının ­gündəlik qidalandırdığı yeni sürfələrə, şan çəkilişinə, üskük hazırlığına, arı südünə, çiçək tozuna, muma, bərəmuma sərf edilir.
Müsahibim bildirir ki, arı xüsusi təmizlik sevir. Onu qarışqadan və çöl şəraitində digər zərərli həşəratlardan qorumaq üçün pətəyin dörd bir tərəfini müxtəlif dərman vasitələri ilə mühafizə etmək lazımdır.
Halal, zəhmətkeş arı məhsuluna xələl gətirməyən müsahibim təmiz və xalis bal hasilatında təcrübəyə malik olduğu üçün müştəriləri də çox olur. O deyir ki, insanların bizə müraciət etməsinin əsas səbəbi təbii bal satmağımızla bağlıdır. Əsl bal qaldıqda xarlayıb ağarır. Buna balın bitməsi, ya da xalis bal deyirlər. Ancaq saxta balda belə xüsusiyyət olmur.
Naxçıvanda bal, əsasən, avqustun ortalarında hasilə gəlir. O, öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə ölkə­mizdən kənarda yaxşı tanınır və yüksək qiymətləndirilir. Müsahibim şan bal və süzmə balın bir-birindən fərqini də izah etdi: – Şan balın tərkibi mum və müxtəlif müalicəvi maddələrlə zəngin olduğundan təsir gücü daha yuxarıdır. Süzmə balı hazır­layarkən xüsusi alətlə çərçivədəki balın üzü sivrilir, balsüzən maşında sürətlə fırladılır ki, bütün üsküklərin balı süzülə bilsin. Balımız süzülüb hazır olduqdan sonra qonum-qonşuya da pay veririk. Bir atalar sözündə də deyilib ki, verdin adındı, yığdın yadındı, yedinsə, dadındı…
Asif Babayev arıların qışlaması üçün aparılan hazırlıqlar barədə danışaraq bildirdi ki, hər arı ailəsi üçün bal çərçivələri qışa ehtiyat yem kimi saxlanmalıdır. Yazda isə arılar işə başlarkən ehtiyat yemi qurtaran arılara şirə vermək lazımdır. Xüsusilə də zəif arı ailələrinə qulluq edilməzsə, onlar acından məhv ola bilər. Bal hasilatı mövsümü başlayanda isə arılara əlavə qida verməyə ehtiyac yoxdur, çünki topladıqları şirə onları yaşadır.
Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir. Müsahibim onu da qeyd etdi ki, balın qaymağı ilə inək südünün qarışığının bir sıra xəstəliklərin müalicəsinə çox böyük təsiri var. Hələ qədimdən el arasında “mumurqan” adlı məlhəm var idi ki, bu xüsusən dağ yerlərində yaranan dəri çatları üçün istifadə olunurdu. Ümumiyyətlə, bal, mum, bərəmum, arı südü, arı zəhəri əksər xəstəliklərin dərmanı olan arıçılıq məhsullarıdır. Onlardan qiymətli dərmanlar hazırlanır. Həmçinin baldan müxtəlif şirniyyatlar, doşab və şərbətlər də hazırlanır ki, bu da mətbəx mədəniyyətimizin zənginləşməsinə öz töhfəsini verir.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3284208
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2693
3444
21977
68854
3284208

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter