12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada hər il olduğu kimi, bu ildə taxıl zəmilərinin biçilməsi diqqətdə saxlanılmış, bol məhsul yığımı təmin edilmişdir. Belə ki, 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılmış, bunun da 32 min 483 hektarını və ya 52,4 faizini taxıl zəmiləri təşkil etmişdir. Taxıl əkini sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilmişdir. Əkin sahəsinin 4348 hektarı və yaxud 13,4 faizi Şərur, 10 min 526 hektarı və yaxud 32,4 faizi Babək, 1678 hektarı və yaxud 5,2 faizi ­Ordubad, 6116 hektarı və yaxud 18,8 faizi Culfa, 4706 hektarı və yaxud 14,5 faizi Kəngərli, 1615 hektarı və yaxud 4,9 faizi Şahbuz, 2466 hektarı və yaxud 7,6 faizi Sədərək rayonlarının, 1028 hektarı və yaxud 3,2 faizi isə Naxçıvan şəhərinin payına düşmüşdür.
Cari ilin məhsul yığımı üçün 32 min 483 hektar taxıl sahəsindən 97 min 689 ton məhsul tədarük olunmuşdur ki, bu da 2008-ci ilin göstəricisi ilə müqayisə olunduqda 15 min 125 ton və ya 18,3 faiz çoxdur. Yığılan məhsulun 68 min 714 tonu buğda, 28 min 975 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektara 30,1 sentner olmuşdur.

Əldə olunan məhsulun 13 min 861 tonu və ya 14,2 faizi Şərur, 33 min 275 tonu və ya 34,1 faizi Babək, 4 min 747 tonu və ya 4,9 faizi Ordubad, 17 min 465 tonu və ya 17,9 faizi Culfa, 13 min 128 tonu və ya 13,4 faizi Kəngərli, 4 min 432 tonu və ya 4,5 faizi Şahbuz, 7 min 959 tonu və ya 8,1 faizi Sədərək rayonlarının, 2 min 822 tonu və ya 2,9 faizi isə Naxçıvan şəhərinin payına düşmüşdür.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə taxıl yığımının bölgüsü

Cari ilin taxıl biçinində 95 kombayn iştirak etmişdir ki, onun da 80-i sahibkarlara, 15-i isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur.
Yığılan taxılın saxlanmasında mühüm əhəmiyyət kəsb edən taxıl anbarlarının yaradılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən dövrdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əhəmiyyətli rol oynamışdır.
Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 245 ədədi 2018-ci ilin ­yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2299 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ilin yanvar-iyul aylarında əvvəlki dövrdə gətirilənlərlə birlikdə müxtəlif adda 160 kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 45-i nağd yolla satılmışdır.
Əkinçiliyin inkişafında başlıca şərtlərdən olan məhsuldar toxum sortlarının yetişdirilməsi, mütərəqqi metodlardan istifadə məqsədilə ötən dövrdə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Kompleksə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları – 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtrtəmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Kompleksdə elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının yetişdirilməsi, toxumların genofonduna və seleksiyasına nəzarət istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə 2018-ci ilin məhsulu üçün təsərrüfatda 613 hektar sahədə taxıl əkini aparılmış və sahələrdən bol məhsul yığılmışdır. Həmçinin “Kəhrəba” fermer təsərrüfatında cari ilin məhsulu üçün əkilən 18,6 hektarında taxıl sahəsi olmaqla, ümumilikdə, 26,2 hektar sahədə yerli və ­rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə edilmişdir. Yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Kənd təsərrüfatı sahəsinə, o cümlədən taxılçılığın inkişafına göstərilən diqqət və qayğı, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, əkilən hər hektara görə gübrə ayrılması, əkin sahələrinə görə güzəştli kreditlərin verilməsi bundan sonra da məhsul istehsalçılarının bu sahəyə marağını daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394437
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3202
5851
14267
53604
3394437

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter