12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

“Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir

Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları haqqında yazı hazırlayarkən qeyri-ixtiyari olaraq neçə illər əvvəl yaşadığımız qaranlıq gecələrimizi xatırladım. Və əslində, o günlər heç unudulası da deyil. Çünki normal həyat tərzinin təmin edilməsində elektrik enerjisinin oynadığı rolu bu gün hər kəs yaxşı bilir. Elə o illərdə yaranmış bir ifadə də yadıma düşür: Allah heç kimi işıqla imtahana çəkməsin.

Bu gün qürur duyuruq ki, o imtahandan çıxa bildik. Yurd yerinin sabahına, onun insanlarının taleyinə cavabdehlik hissi bu problemin həllində başlıca amil oldu. Daha dəqiq desək, nəinki həmin problem aradan qaldırıldı, həmçinin muxtar respublika enerji idxal olunan bir diyardan enerji ixrac edən bir məmləkətə çevrildi. Həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Bu stansiyalar qədim diyarımızın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Sovet hakimiyyəti illərində cəmi 1 su elektrik stansiyası olan muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində onların sayı xeyli artıb. Faktlara nəzər salaq. Əvvəlcədən mövcud olan 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının işə salınması, turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücünün artırılaraq 60 meqavata çatdırılması, sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə elektrik stansiyasının, Ordubadda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının fəaliyyətə başlaması muxtar respublikada enerji təhlükəsizliyini tam təmin edir. Belə tədbirlərin nəticəsidir ki, diyarımız artıq enerji ixrac edir. Bu stansiyalar içərisində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da rolu var.

Şərur rayonunda tikintisinə 2011-ci ildə başlanmış 150 milyon kubmetr su tutumlu Arpaçay Su Anbarının suyundan istifadə etməklə 20,5 meqavat güclü derivasiyatipli “Arpaçay-1” Su Elektrik Stansiyasının tikintisi dövründə 1100 metr uzunluqlu 3,9 metr diametri olan tunel qazılıb, betonlaşdırılıb, suqəbuledici qurğuda qapılar qoyulub, stansiya üçün bina tikilib, suötürmə kanalından turbinlərə suyu ötürmək üçün yüksək­təzyiqli metal borudan istifadə olunub. Stansiyada Avstriyanın “Andritz” firmasından alınmış iki ədəd 7,75 meqavat güclü və bir ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Leroy-Somer” firmasından alınmış müvafiq güclü generatorlar quraşdırılıb, burada istehsal olunan elektrik enerjisini elektrik şəbəkələrinə ötürmək üçün 30 meqavoltamper gücündə transformator yarımstansiyası tikilib, 10 kilometr uzunluqlu 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. İl ərzində 60 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulan stansiyada tikinti-quraşdırma, sınaq-sazlama işləri 2013-cü ilin sonlarında tamamilə başa çatdırılıb. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi, nəzarət-mühafizə sistemləri yaradılıb. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir. Binada 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılıb. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılıb. Stansiya 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Stansiyanın açılışında dövlət başçısı deyib: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələ­lərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz Vayxır, Biləv Su Elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda Naxçıvanın ixrac potensialı da artsın”.
O da vurğulanmalıdır ki, Naxçıvanda Günəş Elektrik Stansiyasının işə salınması ilə bu rəqəm 239,4-ə çatdırılıb.
Qeyd edək ki, 2017-ci il ərzində “Arpaçay-1” Su Elektrik Stansiyasında 49 milyon 183 min kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 29 faizini təşkil edir.
Həmin gün “Arpaçay-2” Su Elektrik Stansiyası da istifadəyə verilib. Bu işlər ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılıb. Sərəncama əsasən “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb. Arpaçay Su Anbarının aşağı gölü üzərində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik Stansiyası cəmi 1 il ərzində tikilib başa çatdırılıb. 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə işə salınan stansiyada Avropa Birliyi ölkələrində istehsal olunmuş turbinlər, generatorlar, avtomatika, rele mühafizəsi və idarəetmə qurğuları qoyulmuş bu stansiya il ərzində 3,5 milyon kilovat-saata qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir. Stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən, paylayıcı funksiyanı yerinə yetirən stansiya əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əl­verişli imkanlar yaradıb.
2017-ci il ərzində “Arpaçay-2” Su Elektrik Stansiyasında 2 min 468 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 1,43 faizini təşkil edir.
Onu da qeyd edək ki, hər iki stansiyanın su anbarlarından götürü­lən sudan min hektarlarla əkin sahələri suvarılır. Həmçinin bu obyektlərin istifadəyə verilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsirini göstərib, 20 nəfər özünə daimi iş yeri tapıb.
Bəli, bu gün Naxçıvanın gecələri də gündüzləri kimi işıqlıdır. “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394338
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3103
5851
14168
53505
3394338

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter