12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Kəngərli rayonu muxtar respublikamızın gənc bölgəsi olmasına baxmayaraq, sosial-iqtisadi inkişaf tempinə görə digər bölgələrdən geridə qalmır, ildən-ilə genişlənən tikinti-quruculuq tədbirləri nəticəsində müasirləşir, gözəlləşir, inkişafa qovuşur. Bu inkişaf və tərəqqi rayon mərkəzi ilə yanaşı, onun kəndlərini də əhatə edir. Xok da rayonun belə kəndlərindəndir. 

...Yolumuz Kəngərlinin böyük yaşayış məntəqələrindən biri olan Xok kəndinədir. Otlaqlarında qoyun­-quzu mələyən, münbit torpaqlarında, bərəkətli əkin sahələrində min bir nemət bitən bu yurd yeri rayonun Qarabağlar kəndindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Buraya üz tutanları gülərüz, mehriban qarşılayan qonaqpərvər kənd camaatının əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kəndi gəzərkən bunun bir daha şahidi olduq, kəndətrafı sahələrdə qələbəlik müşahidə etdik. Bir tərəfdə bol-bərəkətli məhsul yığılır, digər tərəfdə əkin sahələri suvarılır. Həqiqətən də, bu yurdun insanları zəhmətkeş, torpağa, əməyə bağlıdırlar. Sahələrdəki bu xoş görüntülər bizi zəhmətkeş insanların yanına çəkib gətirdi, onlarla elə bərəkət ətirli tarlalarda, zəhmətin bəhrəsi duyulan ərazilərdə həmsöhbət ­olduq.
Müsahibimiz Məhəmməd Qəmbərov deyir ki, kənd təsərrüfatı çox sərfəli sahədir. Kimsə bunun əksini düşünürsə, o, zəhməti sevmir. Neçə illərdir ki, təsərrüfatla məşğulam, ailəmizin dolanışığını bu yolla təmin edirəm. Ətimiz də, yağımız da, pendirimiz də öz zəhmətimizin bəhrəsidir. Təsərrüfatla məşğuluq, bu sahə zəhmət tələb edir, amma bərəkətini də səndən əsirgəmir.

Kənddə olarkən inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyev bu yurd yerinin təsərrüfat qayğıları barədə deyir ki, kəndin əkinəyararlı torpaqları indi zəhmətkeşlərin əsl dolanışıq yeridir. Artıq neçə ildir ki, yüksək məhsuldarlıq əldə edən kəndin torpaq mülkiyyətçiləri daxili bazarın tələbatının ödənilməsinə töhfələrini vermək, yerli istehsalın xüsusi çəkisinin artırılmasına nail olmaq üçün erkən yazdan sahələrə çıxıblar. Bunun üçün onlara hərtərəfli şərait yaradılıb.
Mübariz Əliyev bildirir ki, dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının, eləcə də sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olub. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda burada bir şirniyyat və gəc istehsalı müəssisəsi, 5 lavaş sexi fəaliyyət göstərir.
Muxtar respublikamızda son illər həyata keçirilən möhtəşəm qurucu­luq işləri Xok kəndindən də yan keçməyib. Bu yaşayış məntəqəsində 2013-cü ildə yenidən qurulan məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, abadlaşan yolları, bir sözlə, şəhərləşən görkəmi ilə blokada şəraitində real­laşdırılan inkişafdan öz payını alıb. İcra nümayəndəsi ilə geniş qurucu­luq tədbirləri aparılan obyektlərlə də yaxından tanış olmaq imkanı əldə etdik. Müsahibimiz deyir ki, əvvəllər kənddə fəaliyyət göstərən dövlət qurumları, eyni zamanda səhiyyə, təhsil, mədəniyyət müəssisələri şəraiti olmayan, köhnə tikililərdə yerləşirdi. Təbii ki, bu da müxtəlif çətinliklər yaradırdı. Xüsusilə qış aylarında həmin müəssisələrin istiliklə təminatı çox çətin idi. Lakin burada yeni sosial obyektlərin istifadəyə verilməsi ilə mövcud çətinliklər aradan qaldırıldı, bütün qurumların fəaliyyəti üçün hər cür şərait yaradıldı.
Burada olarkən əzəmətli görünüşü ilə uzaqdan diqqəti cəlb edən kənd tam orta məktəbi ilə yaxından tanış olmaq istədik. Təhsil ocağının direktoru Zal Rüstəmov bizə məlumat verdi ki, əvvəllər köhnə, heç bir şəraiti olmayan binada fəaliyyət göstərən məktəb, bu gün yaraşıqlı binada elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunub. 1080 şagird yerlik olan məktəb binasında 800-ə yaxın şagird təhsil alır. Direktorun sözlərinə görə, son illər təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar bir sıra uğurların əldə edilməsi ilə nəticələnib. Belə ki, son tədris ilində məktəbin 29 məzunu olub. Onlardan 18-i ali, 1-i orta ixtisas məktəblərinə qəbul olunub. Məzunlardan 3-ü 500-700 intervalında bal toplayıb.
Burada olarkən tarix fənnini tədris edən Səyyad Həsənovdan bu yurd yerinin tarixi keçmişi haqqında məlumatlar aldıq. O, Xok toponiminin etimologiyası ilə bağlı maraqlı faktları diqqətimizə çatdırdı. Bildirdi ki, 1590-cı ildə “Əhmədağa dizəsi” adı ilə tanınan kənd 1936-cı ildə “Serqoabad” adı ilə əvəzlənib. Lakin rast gəldiyimiz mənbələrdə bu kənd “Xök” adı ilə də qeydə alınıb. Xok XIX əsrdə 9 kəndi əhatə edən mahal mərkəzi olub. XX əsrin əvvəllərində isə Qıvraq rayonunun tərkibinə daxil edilib. Bəzi mənbələrdə kəndin adının etimologiyası “xak” sözü ilə əlaqələndirilir. Bu isə qədim türk dilində “otlaq”, “çəmən” mənasında işlədilir.
Ulu diyarımızın hər bölgəsi kimi, Kəngərli yurdu da yaşı yüzilliklərə söykənən, xalqımızın tarixini, mədəniyyətini əks etdirən türk-islam abidələri ilə zəngindir. Hazırda kənd sakinlərinin ibadət yerinə çevrilən Came məscidi Xokun qədim tarixindən soraq verir. Orta əsrlər zamanı Naхçıvan ərazisində özünəməхsus yeri, sosial-siyasi və ideoloji mərkəzlərdən biri olan Came məscidinin kitabələrində tikilmə tariхi haqqında bəhs edilmədiyindən onun inşası ilə bağlı dəqiq məlumat söyləmək mümkün deyil. Lakin memarlıq görkəmi, konstruktiv хüsusiyyətlərinə əsasən məscid XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır.
Dövlətimizin kənd yaşayış məntəqələrinə göstərdiyi böyük qayğını bu kəndin simasında bir daha bütün aydınlığı ilə görmək mümkündür. Yaradılmış şərait, vətəndaş amilinin diqqət mərkəzində saxlanılması kənd sakinlərinin rahat yaşayışını təmin edib.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394571
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3336
5851
14401
53738
3394571

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter