18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Şahbuz şəhərində bir ünvan var. Burada yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğul olan “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti yerləşir. 2009-cu ildə təsis edilən bu müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Yaradıldığı ilk ildə cəmi 4 adda – çobanyastığı, solmazçiçək, adaçayı, yarpız bitkilərini toplayıb çaylarını hazırlayan müəssisə ildən-ilə fəaliyyətini genişləndirib, 2014-cü ildə 40 çeşiddə, 24 adda istehsal olunan müəssisədə hazırda bu rəqəm 69 çeşidə, 55 ada çatdırılıb. Burada 7 daimi (sifarişlər çox olduqda 2-3 nəfər də müvəqqəti olaraq işə cəlb olunur), 20 mövsümi işçi çalışır.

Müəssisəni əsas xammalla rayon sakinləri təmin edirlər. Onlar oksigenlə zəngin və günəşi bol olan, dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən dağlardan, çəmənlərdən hər birinin öz dərilmə vaxtı olan – bəzən səhərin sübhündə, axşamın toranında, bəzənsə qarın altından, yağışdan dəhral sonra topladıqları min bir dərdə dərman olan bitkiləri müəssisəyə təhvil verirlər.
Müəssisənin rəhbəri Yasin Babayev söhbətimiz zamanı bildirdi ki, buraya bitkilər, əsasən, Biçənək, Kükü, Keçili, Şahbuzkənd və Badamlı kəndlərinin sakinləri tərəfindən gətirilir. Elə bitkilər var ki, onlar Şahbuz rayonunun ərazisində bitmir və yaxud ehtiyatı az olur. Bu bitkiləri isə muxtar respublikanın digər rayonlarının sakinlərindən qəbul edirik. Bitkilərin hər birinin də öz qəbul qiyməti var ki, o da 2-20 manat arasında dəyişir. Bir vacib məsələni də hər zaman bitki toplayanlara tövsiyə edərək deyirəm ki, xeyli qazanc əldə etdiyiniz bu bitkiləri yığarkən onlara çox həssaslıqla yanaşın, toplanma qaydalarına əməl edin ki, onların kökü birdəfəlik kəsilməsin. Bu yurdun nemətləri dərdlərin dərmanı olmaqla yanaşı, həm də kəndlərimizdə yaşayan əksər insanların qazanc mənbəyidir.

Müəssisədə istehsal olunan məhsulların 26-sı müalicəvi bitkilər, 14-ü müalicəvi bitki çayları, 15-i müalicəvi bitki yığıntıları, 2-si bəkməz (2 adda, 4 çeşiddə), 10-u isə kapsullardır. Müalicəvi bitkilər 40 qramlıq qutularda qablaşdırılır. Bitkilərin növündən və istifadə qaydasından asılı olaraq istehsal üçün onların yarpağı, çiçəyi, meyvəsi, qabığı götürülür. Müalicəvi bitki çayları 2 çeşiddə – açıq və birdəfəlik şəkildə istehsal edilir, müxtəlif ölçülü qutularda qablaşdırılır. Adi, limonlu, qızılgül ətirli kəklikotu, baldırğan, qantəpər çiçəklərindən, yemişan, həmərsin meyvələrindən və digər çiçəklərdən hazırlanan çaylar ətri və insan orqanizmi üçün faydalarına görə əvəzsizdir. Faydalı minerallarla yanaşı, fosfor, yod, kalsium və bir sıra vitaminlərlə zəngin olan bu çayların tərkibindəki antioksidant maddələri xərçəngin istənilən növünün yaranmasının qarşısını alır. Orqanizmdə maddələr mübadiləsini bərpa etməklə xolesterolun miqdarını azaldır, artıq çəkinin yaranmasının qarşısını alır. Həmçinin bakteriyaları və mikrobları öldürür, orqanları daxilən təmizləyir, beyin hüceyrələrini aktivləşdirir.
Müəssisədə istehsal olunan müalicəvi bitki yığıntıları isə bir neçə bitkinin qarışığından hazırlanaraq 27 və 40 qramlıq qutularda qablaşdırılır, qutuların üzərində isə hansı xəstəliklərin müalicəsində istifadə qaydası haqqında məlumat verilir. Onlar şəkərli diabet, mədəaltı vəzin iltihabına qarşı, ağciyər xəstəlikləri, piylənmə, sinir sistemində oyanıqlıq və sair xəstəliklərin, səhhətdə yaranan hər hansı problemin təbii yolla müalicəsində çox qiymətli vasitədir. Müsahibimiz bitki yığıntısının istifadəsi barədə də danışdı: – İki xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, ­süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edilir.
Keçibuynuzu və tut bəkməzləri 330, 450 və 800 qramlıq qablaşmalarda “Şahab” və “Şəfam” etiketləri ilə buraxılır. Keçibuynuzu bəkməzi Türkiyə Respublikasından xammal olaraq alınır, müəssisədə əlavə emal edilməklə homogenləşmə aparıldıqdan sonra qablaşdırılır. Tut bəkməzi isə tamamilə yerli xammaldan hazır­lanır. Burada, həmçinin müxtəlif xəstə­liklərin müalicəsində istifadə olunan qara çörəkotu, ərküdə, sarımsaq və digər bitki yığıntılarından kapsullar da hazırlanır. Üyüdülmüş bitkilər kapsullara doldurulur və tutumu 60 və ya 100 kapsul olan şüşə flakonlara yığılır. Digər bir kapsul – qaraciyərin xroniki iltihabı xəstəlikləri, spirtli içkilər, antibiotiklər və digər preparatlarla toksiki zəhərlənmələrdə, bütün növ hepatitlərdə və sirrozda, qaraciyər piylənməsində, öd və öd yolları xəstəliklərində istifadə olunan heparkaps-70 və heparkaps-40-dır. Alaqanqal toxumu və əkin artişoku yarpağı ekstraktlarının xüsusi qarışdırılması yolu ilə əldə olunan bu şəfa­verici isə tutumu 30 və 60 kapsul olan şüşə qablarda qablaşdırılır.
Müəssisə rəhbəri ilin sonunadək istehsalına başlayacaqları 5-6 adda yeni məhsulun sırasında ürək, yuxarı tənəffüs yolları xəstəliklərində, soyuqdəymədə faydalı olan gülümbahar və qaraqınıq bitkilərdən hazır­lanan çayların, yığıntıların da olacağını bildirdi.
İstehsal prosesini həyata keçirmək üçün müəssisədə 8 aparatdan istifadə edilir. Alınan bitkilər əvvəlcə xüsusi aparatda yuyulur, qurudulur. Sonrakı işlər isə buradakı doğrama, iri, narın, çox narın üyütmə, liptonlama, polietilen vurma, kapsul doldurma aparatları vasitəsilə görülür. Biz müəssisədə olarkən liptonlama aparatında birdəfəlik kəklikotu çayları paketlənir, məhsul qutulara yığılaraq üzərinə aparat vasitəsilə polietilen örtük vurulurdu. Digər sexdə isə kapsuldoldurma aparatları vasitəsilə heparkaps kapsulları hazırlanırdı. Müəssisədə sifariş əsasında hazırlanan məhsullar sonda öz ünvanlarına çatdırılır.
Qeyd edək ki, müəssisə gün ərzində 800 qutu çay, 400 şüşə qab bəkməz, 300 şüşə qab kapsul istehsal etmək gücünə malikdir. Məhsulların qutularının üzərində istifadəsinə göstəriş, saxlanma şəraiti və istifadə tarixi haqqında məlumatlar əks ­olunur.
İndi muxtar respublikamızda fəaliyyət göstərən ticarət mərkəzlərində, əczaxanalarda, hətta Naxçıvandan kənarda belə, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətin məhsullarını almaq, heç bir kimyəvi tərkibi olmayan, insan sağlamlığı üçün qiymətli hesab edilən yabanı bitkilərdən ailəliklə istifadə etmək olar. Vacib məsələlərdən biri də odur ki, yurdumuzda yabanı şəkildə bitən bitkilərdən xəstələnəndən sonra yox, gündəlik həyatımızda hər zaman istifadə oluna bilər. Çünki onların orqanizmdə yaratdığı güclü immunitet insanı bütün xəstəliklərdən qorumaq gücündədir.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
174
4404
13279
67661
3153114

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter