14 Avqust 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

İstifadə etdiyimiz maddi nemətlər arasında ərzaq və enerji öz əhəmiyyətinə görə həmişə seçilir. Xüsusən isti yay günlərində elektrik enerjisinə olan tələbatın artması ilə onun istehsalı və istifadəsinə olan diqqət də artır.
Elektrik enerjisi günün 24 saatı ərzində ehtiyac duyulan tələbatlardandır. Davamlı və keyfiyyətli elektrik enerjisi təkcə qaranlıqda qalmamaq üçün zəruri deyildir. Elektrik enerjisi kəsilsə, qışda evimiz isti, yayda sərin olmayacaq, yollarda, xüsusən şəhərdaxili yollarda hərəkət dayanacaq, məktəbdə dərslər, xəstəxanalarda müayinə və müalicə yarımçıq qalacaq, əkinlər susuzluqdan yanacaq, evdəki, marketdəki ərzaq xarab olacaq, radio, televiziya yayımları dayanacaq, qəzetlər çap olunmayacaq, internet kəsiləcək. Çörək zavodlarının, iqtisadiyyatımızın əsas gəlir gətirən müəssisələrinin də işinin dayanmasını buraya əlavə etsək, daimi elektrik təminatının həyati əhəmiyyətini bir daha görərik.
Bu baxımdan bol olduqda bəzən laqeyd yanaşdığımız, qıt olduqda isə əsl problemlər yaradan enerji sarıdan təhlükəsizliyə nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, hər bir vətəndaşın, enerji istehlak edən hər bir şəxsin maariflənməsinə ehtiyac vardır. Xüsusən enerjidən düzgün istifadə, ona qənaət üçün yeni texnologiyalardan yararlanmaq, evdə və işdə onların tətbiqi min bir zəhmətlə başa gələn qiymətli enerji resurslarımızdan səmərəli istifadəyə imkan yaradır. Ona görə də enerji təhlükəsizliyinin təmin olunması baxımından elektrik enerjisinin istehsalı, onun itkisiz nəql olunması, satışının və haqqının toplanması və ona qənaət olunması məsələləri həmişə kompleks şəkildə diqqətdə saxlanılır.

Enerjidən asılı olmağın yaratdığı çətinliklər Naxçıvanda, demək olar ki, hər kəsə tanışdır. Çox da uzaq olmayan keçmişə bir anlıq nəzər salsaq, cəmisi bir elektrik stansiyasının ümidinə qalmış Naxçıvanda blokada şəraitinin ən çətin dövrlərini görərik. O dövrdə enerji qıtlığının iqtisadiyyatı iflic vəziyyətə salması sosial-mədəni həyata da ciddi təsirini göstərir, insanların həyat səviyyəsi aşağı düşürdü.
Artıq həmin vaxtlardan keçən müddət ərzində muxtar respublikada enerji təhlükəsizliyi sarıdan görülən irimiqyaslı işlər öz bəhrəsini verib. Enerji təsərrüfatında müasir infra­struktur yaradılıb, enerjinin hasil olunmasından istehlakınadək yeni texnologiyaların tətbiqinə nail olunub, ən əhəmiyyətlisi isə insanların enerjidən istifadəyə münasibəti dəyişilib. İndi artıq hər sahədə olduğu kimi, enerjidən istifadədə də insanlar bunu milli sərvətimizin bir hissəsi kimi qəbul edir, enerjiyə qənaət etməklə bərabər, ona israfçılıqla yanaşanları da qınayırlar. Çünki Azərbaycan karbo­hidrogen enerji resursları ilə zəngin olsa da, bunlar, ümumilikdə, bizim iqtisadi təhlükəsizliyimizdə mühüm rol oynayır və ona qənaət hər bir vətəndaşın borcudur.
Hazırda Naxçıvanda enerji təhlükəsizliyi daha çox alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunub. Muxtar respublikanın daxili imkanları hesabına istifadəyə verilən və əksəriyyəti də hidroelektrik stansiyaları və regionda ən böyük Günəş Elektrik Stansiyası olan güc mənbələri əhalinin məişət ehtiyaclarının və eləcə də sənaye və kənd təsərrüfatının tələbatını tam şəkildə ödəməyə imkan yaradıb. 87 meqavat gücündə Naxçıvan ­Modul Elektrik Stansiyası, 22 meqavat gücündəki Naxçıvan Günəş Elektrik Stansiyası, 4,5 meqavatlıq Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyası, 22 meqavatlıq Biləv, 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” Su Elektrik stansiyaları ilə yanaşı, tikinti işləri davam etdirilən, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyası və texniki-iqtisadi cəhətdən əsaslandırılması aparılan 14 meqavat layihə güclü Tivi və 3,5 meqavat layihə güclü Qazançı Su Elektrik stansiyaları, habelə Culfa rayonu ərazisində tikintisinin texniki-iqtisadi əsaslandırılması aparılan külək elektrik stansiyası muxtar respublikanın enerji potensialının gələcəkdə daha da artması üçün görülən işlərdəndir.
Hazırda Naxçıvanın çox böyük elektrik enerjisi potensialı vardır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan elektrik stansiyalarının ümumi qoyuluş gücü toplamda 239,4 meqavat təşkil edir. Ayrıca, 2018-ci ilin altı ayında bu elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin də 44,93 faizi su elektrik stansiyalarının, 8,84 faizi isə Naxçıvan Günəş Elektrik Stansiyasının payına düşüb. Şübhəsiz, tikintisi davam etdirilən və layihələndirilən stansiyaların işə düşməsi ilə gələcəkdə bu güc daha da artacaq. Bunun reallığa çevrilməsi üçün isə muxtar respublikada hər cür təbii, texniki, maliyyə və insan resursları vardır. Naxçıvan Dövlət Universitetində Energetika mühəndisliyi ixtisasının açılması, köhnəlmiş infrastrukturun sürətlə yenilənməsi, uçot sisteminin təkmilləşdirilməsi, enerji istifadəçilərinin smart sayğaclarla təchiz olunması və istifadə olunmuş enerjinin dəyərinin tam ödənilməsi muxtar respublikanın enerji idxalçısından enerji ixracatçısı mövqeyinə gəlib çatmasında əsas amillərdəndir. Müasir Naxçıvan iqtisadiyyatının bu nailiyyəti isə bacarıqlı idarəetmə və görülən işə doğma münasibətlə əldə olunub.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2874802
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4324
4167
8491
61496
2874802

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter