18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Hünər Qasımov, sözün əsl mənasında, hünərini ortaya qoyub, yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq olub. Qahablı fermer şəxsi təsərrüfatında bəslədiyi inəklərdən əldə etdiyi süd hesabına qatıq istehsalı müəssisəsi yaradıb. Bu sahə üzrə yaxşı təcrübə sahibi olan yazımın qəhrəmanı ilə sözləşdiyimiz kimi evində görüşdük. “Yaxın keçmişə nəzər salsaq görərik, Naxçıvanda sahibkarlıqla bağlı bugünkü uğurlarımız heç də asanlıqla əldə olunmayıb. Yaxşı yadımdadır, ötən əsrin sonlarında muxtar respublikada iqtisadiyyatın və istehsal sahələrinin məhvə sürüklənməsi, blokadanın gətirdiyi ağır və məşəqqətli günlər naxçıvanlıları tarixin ən çətin sınaq dövrü ilə üz-üzə qoydu. O illərdə günlərlə çörək növbələrində dayandıq, yarıac, yarıtox rayonun sərhəd kəndlərində düşmənlə mübarizə apardıq. Demək olar ki, elektrik enerjisi və mavi yanacağın olmaması muxtar respublikanı, sözün həqiqi mənasında, zülmət-qaranlığa qərq etmişdi. Sözümün canı odur ki, həmin günlərdə hansısa iqtisadi dirçəlişdən, emal sənayesindən söhbət gedə bilməzdi”, – deyən Hünər müstəqillik illərində Naxçıvanda sahibkar­lar üçün yaradılan hərtərəfli şəraitdən də söz açır.

Müsahibim bizi istehsal sahəsi ilə tanış edərək qeyd edir ki, 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 26 min manat kredit götürüb. Bu vəsait hesabına qardaş Türkiyə Respublikasının Bursa şəhərindən kərə hazırlayan, şor çıxaran və qatıq istehsal edən müasir avadanlıqlar alıb. Bundan başqa, təsərrüfatında 50-yə yaxın iribuynuzlu mal-qarası var. Özü və ailə üzvləri bir neçə ildir ki, bu işlə məşğuldur. Artıq istehsal etdikləri “Böyük dağ” əmtəə nişanlı məhsullarını Naxçıvanın satış obyektlərinə təqdim edirlər. Qahabdakı mövcud xidmət mərkəzinə, eləcə də ətraf kəndlərdəki 10-a yaxın dükan-bazara yerli məhsul verir.
“İlkin olaraq ağartı məhsulunu 850 qramlıq taralara yığırıq. Onu da qeyd edim ki, taraları rayonun Nehrəm kəndində fəaliyyət göstərən “Xalaoğlu” kəndli-fermer təsərrüfatından əldə edirik. Gələcəkdə ayran, şor və digər ağartı məhsullarını istehsal etməyi planlaşdırıram. Ən əsası bu gün Naxçıvanda istehsal olunan məhsulun bazarı var, bu bazardakı rəqabətdə isə yalnız keyfiyyət hesabına uğur qazanmaq olar”, – deyən müsahibim istehsal etdikləri ağartı məhsullarından keyfiyyətinə əminliklə bizə də təklif edir.
Bəli, bu gün sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı onları şəxsi təsərrüfatlarını genişləndirməyə, daxili bazarın tələbatını ödəməkdə və hətta bu məhsulların ixracında rəqabətə ruhlandırıb. Bu isə muxtar respublika əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, min bir nemət bitirən doğma diyarımızın ekoloji saf, sağlamlıq üçün faydalı olan yerli ərzaq məhsulları ilə təmin edilməsinə öz töhfəsini verməkdədir.

Muxtar RZAZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3153063
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
123
4404
13228
67610
3153063

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter