12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada aqrar islahatların həyata keçirilməsi, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, emal müəssisələri şəbəkəsinin genişlənməsi, aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi məqsədilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsinə diqqət artırılıb, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilib. Son iki onillikdə muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına yönəldilmiş kompleks islahatlar həyata keçirilib, aqrar sahənin inkişafına xidmət edən infrastruktur, texnika parkı, səmərəli kredit təminatı, proqram xarakterli idarəetmə formalaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” aqrar bölmənin inkişafında ciddi dönüş yaradıb, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunub. Müasir mərhələdə aqrar bölmənin qarşısında dayanan, emal müəssisələrinin xammala, əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi, habelə ixracat imkanlarının genişləndirilməsi kimi mühüm strateji vəzifələr, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaqlardan düzgün və səmərəli istifadəni günün vacib tələbinə çevirib.

Müvafiq dövlət proqramlarının icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən muxtar respublika üzrə 1698 hektar şoranlaşmaqda olan, 5635 hektar qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri, 2434 hektar şoranlaşan örüş sahələri müəyyən edilərək xəritələşdirilib, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib. Meyvəçiliyin inkişafı və yeni meyvə bağlarının salınması üçün yararlı, lakin istifadə olunmayan ərazilər müəyyənləşdirilib. Şərur rayonunda 222, Babək rayonunda 124, Culfa rayonunda 315, Ordubad rayonunda 183, Şahbuz rayonunda 93, Sədərək rayonunda 91, Kəngərli rayonunda 617, Naxçıvan şəhərində isə 47 hektar olmaqla, ümumilikdə, 1692 hektar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi plana alınıb, meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə əkin dövriyyəsinə daxil edilib.
Naxçıvan şəhəri üzrə dövlət ehtiyat fondu torpaqlarında 25, qış otlaq sahələrində isə 177, cəmi 202 hektar; Babək rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 277, qış otlaq sahələrində 184 hektar olmaqla 461 hektar; Kəngərli rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 996, qış otlaq sahələrində 1030 hektar olmaqla 2026 hektar əkinəyararlı torpaq sahəsi xəritələşdirilərək əkin dövriyyəsinə cəlb olunub.
Torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrası üçün muxtar respublikanın bütün şəhər və rayonlarında yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin iştirakı ilə torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və düzgün istifadəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub. Muxtar respublikanın rayonları üzrə tərtib olunmuş əkin atlasları, hər bir bələdiyyənin torpaq xəritəsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təmin olunma kartoqramları yerli icra orqanlarına və bələdiyyələrə təqdim edilib. Verilmiş tapşırıqların icrası üçün əkinəyararlı torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair mütəmadi monitorinqlər aparılıb, qanunsuz istifadə edilən torpaq sahələri müəyyənləşdirilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Muxtar respublikada aparılan torpaq islahatı, torpaqların mühafizəsi və münbitliyinin artırılması tədbirləri nəticəsində 2000-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 169 min 990, əkin aparılan torpaq sahələri isə 37 min 24 hektara çatdırılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən davamlı dövlət qayğısı sayəsində 2010-cu ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 175 min 263 hektar, əkin aparılan torpaq sahələri 59 min 203 hektar ərazini əhatə edib. 2015-ci ildə muxtar respublika üzrə bu rəqəmlər müvafiq olaraq 177 min 219 və 61 min 423 hektara qədər yüksəlib, çoxillik əkmələr 5846 hektara çatdırılıb.

Kənd təsərrüfatına yararlı torpaq sahələri, hektarla

Aparılmış sistemli bərpa tədbirləri nəticəsində son 22 ildə 21 min 474 hektar yararsız torpaq sahəsi abadlaşdırılaraq kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Beləliklə, kənd təsərrüfatına yararlı torpaq sahələri 2017-ci ildə 177 min 260 hektara yüksəldilib ki, bunun da 61 min 531 hektarını əkin, 6060 hektarını çoxillik əkmələr, 628 hektarını dincə qoyulmuş sahələr, 3040 hektarını biçənəklər, 106 min 1 hektarını örüş sahələri təşkil edib.
Göstərilən dövlət qayğısı nəticəsində 2005-ci illə müqayisədə 2017-ci ildə meyvə əkinlərinin sahəsi 1013 hektar, yaxud 4,1 dəfə, üzümlüklərin sahəsi 123 hektar, yaxud 2,1 dəfə artıb. Davamlı olaraq həyata keçirilən yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri sayəsində 2017-ci ildə muxtar respublikada meşə və meşə zolaqlarının sahəsi 3278 hektara çatdırılıb.
Əkin sahələrinin genişləndirilməsi, torpaqlardan səmərəli istifadə olunması və bol məhsul istehsalının təmin edilməsi üçün müasir meliorasiya və irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması davamlı xarakter alıb. Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinə göstərilən dövlət qayğısı, torpaqların münbitliyinin qorunması və yüksəldilməsi tədbirləri sayəsində az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilib. Araz çayı və Uzunoba Su Anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində su təminatı yaxşılaşdırılıb və yeni torpaq sahələri su ilə təmin olunub. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilib, 2016-cı ildə Babək rayonunda 565 hektar, Kəngərli rayonunda 117 hektar torpaq sahəsində, 2017-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində 407 hektar torpaq sahəsində suvarma şəbəkəsi qurulub və həmin torpaq sahələri əkin dövriyyəsinə qatılıb. 2018-ci ilin mart ayından etibarən Kəngərli rayonunda 410 hektar ərazini əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılıb.

Suvarılan torpaq sahələri, hektarla

Meliorasiya və irriqasiya sistemlərinin inkişafı istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublika üzrə suvarılan torpaq sahələri 60 min 768 hektara çatdırılıb ki, bu da həyətyanı torpaq sahələri də daxil olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34,3 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 5101 hektar artıb.
Naxçıvan Muxtar Respublikası üzrə 2017-ci ildə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 61 min 531 hektar təşkil edib. Əkin sahələrinin 4204 hektarı dövlət, 10 min 63 hektarı bələdiyyə, 47 min 264 hektarı isə xüsusi mülkiyyətdə qeydə alınıb. Xüsusi mülkiyyətdə olan əkin sahələrinin 8544 hektarı həyətyanı torpaq sahələrinin əkin altında olan hissəsidir. Beləliklə, 1995-ci illə müqayisədə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 33 min 114 hektar, yaxud 2,2 dəfə artıb.

Əkin aparılan torpaq sahələri, hektarla

2017-ci ildə cəmi əkin sahələrinin Naxçıvan şəhərində hamısını, Kəngərli rayonunda 94,4, Şərur, Ordubad və Sədərək rayonlarında 89, Babək rayonunda 77, Culfa rayonunda isə 59 faizini suvarılan torpaq sahələri təşkil edib.
Göründüyü kimi, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyаtа kеçirilən tədbirlər nəticəsində muxtar rеspublikа əhаlisinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsında, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfında əvəzsiz rola malik olan torpaqlardan istifadənin səmərəliliyi artırılıb, əkinəyararlı torpaq sahələri genişləndirilib və su ilə təminatı yaxşılaşdırılıb. Bütün bunlar isə aqrar sahənin iqtisadi göstəricilərinin dinamik yüksəlişində öz ifadəsini tapıb. Belə ki, kənd təsərrüfatının ümumi məhsulu 1995-ci ildəki 385 milyon 722 min manatlıq göstəricidən 2017-ci ildə 453 milyon 365 min manata çatdırılıb. Bu isə 11,7 dəfə artım deməkdir.
Təhlillər göstərir ki, ötən dövr ərzində muxtar respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, səmərəli kredit mexanizminin tətbiqi, dövlət yardımlarının verilməsi və aqro­texniki tədbirlərin gücləndirilməsi aqrar sahənin dinamik inkişafının möhkəm təməlini yaradıb.
Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 may tarixli Sərəncamı ilə “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat vəsaitin ayrılması su resurslarından qənaətlə istifadəyə imkan yaratmaqla yanaşı, əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılması, torpaqlardan düzgün və səmərəli istifadə edilməsi istiqamətində kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyinin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı inkişafın növbəti mərhələsində torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti daha da gücləndiriləcəkdir. Torpaq fondunun dəqiq uçotunun aparılması istifadəsiz ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsini sürətləndirəcəkdir. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, münbitliyinin qorunması ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalının artırılmasına və aqrar bölmənin yeni inkişaf mərhələsinə yüksəlməsinə əlverişli şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394337
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3102
5851
14167
53504
3394337

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter