14 Avqust 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Bu sahəyə yönəldilmiş dövlət proqramları Şahbuz rayonunda da uğurla icra olunur

Bu gün muxtar respublikamızın iqtisadiyyatı özünün mühüm inkişaf mərhələsini yaşayır. Həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Naxçıvanda iqtisadiyyatın artım göstəriciləri ­ildən-ilə yüksəlir. 

Son illər özəl sektorun inkişafının bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin istehsalçılara texniki xidməti daha da genişləndirmək istiqamətində uğurlu fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika və gübrələrlə vaxtında, güzəştli şərtlərlə təminatı, genişmiqyaslı kreditləşmənin və satış yarmarkalarının təşkili əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatına böyük stimul yaradıb.
Aqrar sahənin sürətlə inkişaf edən qollarından biri də taxılçılıqdır. Respublikamızın hər yerində olduğu kimi, muxtar respublikamızda da bu mühüm strateji ərzaq məhsulunun istehsalının artırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Pro­qramı” aqrar sahənin inkişafı ilə bağlı imzalanmış mühüm dövlət sənədidir. Ərzaq məhsullarına olan tələbatın yerli məhsullar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.

Proqramdan irəli gələn vəzifələrə Şahbuz rayonunda da böyük məsuliyyətlə yanaşılıb, sənəddə xüsusi diqqət yetirilən sahələrdən biri olan taxılçılığın inkişafı ilə bağlı tədbirlər həyata keçirilib. Statistik məlumatlara nəzər saldıqda burada taxıl əkini sahələrinin ildən-ilə genişləndirilməsi aydın görünür. 2000-ci ildə rayonda 584, 2005-ci ildə 600, 2010-cu ildə 1009, 2015-ci ildə 1022 hektar sahədə taxıl əkini keçirilmişdirsə, ötən il bu, 1353 hektar sahəni əhatə edib.
2017-ci ildə rayonun taxılçıları sahələrdən 4252 ton məhsul toplayıblar. Bunun da 3625 tonu buğda, 627 tonu isə arpa olub, orta məhsuldarlıq buğda üçün 26,8, arpa üçün isə 26,3 sentner təşkil edib. Rayonun Sələsüz, Badamlı, Türkeş, Mahmudoba və Nursu kəndlərinin fermerləri taxıl sahələrinin daha yaxşı becərilməsi, aqrotexniki qulluğun vaxtında aparılması nəticəsində illərdir ki, yüksək göstəriciyə nail olurlar.
Yuxarıdakı rəqəmlərə nəzər saldıqda onu da açıq-aydın görmək olur ki, insanlar ildən-ilə torpağa qırılmaz tellərlə bağlanır, əsas qida olan çörəyin bolluğuna çalışırlar. Bu zəhmətkeşliyin təməlində isə dövlətimizin əmək adamlarına qayğısı, onlara müxtəlif yardımların, kreditlərin verilməsi dayanır. Şahbuz rayonunun taxılçılıqla məşğul olan insanlarını bu qayğı daha da ruhlandırır. Sahibkarlara məhsul istehsalı üçün güzəştli əsaslarla mineral gübrə, yaz əkini üçün hər hektara 50, ümumilikdə, biçin üçün isə hər hektara 40 manat verilməsi, keyfiyyətli və məhsuldar buğda növlərindən toxum materialı kimi istifadə olunmasına şərait yaradılması taxılçılığa marağın artmasına səbəb olub.
Cari ildə də bu sahədə daha böyük uğurlara nail olmaq, rayon sakinlərini yerli və keyfiyyətli ərzaq məhsulu ilə təmin etmək məqsədilə 2018-ci ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 1615 hektar taxıl əkini həyata keçirilib, bunun da 1408 hektarı buğda, 207 hektarı isə arpadır.
Muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da taxıl biçini uğurla həyata keçirilir. Hazırda rayonun Daylaqlı, Şahbuzkənd, Mahmudoba, Ayrınc kəndlərinin və Şahbuz şəhərinin taxıl zəmilərindəki sükutu burada elin sərvətini toplayan kombaynların uğultulu səsləri pozur. Əkilən sahələrin 1071 hektarında biçin keçirilib, 1617 ton məhsul istehsal edilib. Şahbuzlu taxılçılar biçini vaxtında aparmaq və məhsulu itkisiz toplamaq üçün hələ ötən aylardan ciddi hazırlıq işləri görüb, hazırda isə əlverişli hava şəraitindən səmərəli istifadə etməyə çalışırlar. Kənd əməkçiləri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazasında olan maşın və mexanizmlərdən lazımi qədər istifadə etmək imkanına malikdirlər. Buna görə də biçinin optimal müddətə başa çatdırılacağına əmindirlər.
Xalqımız qədim zamanlardan əkinçiliklə məşğul olub. Qədim dövrlərdən torpağa bağlanan azərbaycanlılar ailələri üçün lazım olan kənd təsərrüfatı məhsullarının əksəriyyətini istehsal edərək bu məhsullara olan tələbatlarını ödəyib, artıq qalanını isə bazara çıxararaq başqa ərzaq məhsulları ilə əvəzləməklə dolanışıqlarını təmin ediblər.
Hər kəsə məlumdur ki, sosial-iqtisadi sahənin inkişafında kənd təsərrüfatı mühüm amildir. Kənd təsərrüfatı dedikdə isə hər xalqın tale payına düşən münbit torpaqlar, onların əkilib-becərilməsi, həmin torpaqlardan səmərəli şəkildə istifadə olunması başa düşülür. Bu sahəni tərəqqiyə aparan ən başlıca sahə isə əsasən, əkinçilik, aqrar sahənin inkişafında mühüm amil isə taxılçılıqdır. Taxıl istehsalının artması bol çörək, digər kənd təsərrüfatı məhsullarının geniş istehsalı ölkədə onların hər birinə tələbatın ödənilməsi deməkdir. Kənd təsərrüfatı məhsulları sarıdan tam təmin olunan insan sosial sahənin digər sektorlarının da inkişafının qeydinə qalır, nəticədə isə bu sahə, ümumilikdə, inkişaf edir.
Respublikamızda, eləcə də bölgəmizdə yüksək iqtisadi inkişaf dinamikasının gələcəkdə də davam etməsinə istiqamətləndirilən siyasət ölkədə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, qeyri-neft sektorunun sürətli inkişafına səbəb olub. Bu, dövlət başçısının da qeyd etdiyi kimi, iqtisadiyyatın neft amilindən asılılığına son qoyulması ­deməkdir.

 Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2874797
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4319
4167
8486
61491
2874797

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter