19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada aqrar sahədə həyаtа kеçirilən uğurlu siyasət əhаlinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsına, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfına geniş imkanlar açmışdır. Kənd təsərrüfatının yüksək sürətlə inkişafı əkin dövriyyəsinə yeni torpaq sahələrinin qatılmasını zəruri etmişdir. Əkin üçün yararsız hesab edilən və uzun illər istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyətə malik olmuşdur.
Belə ki, ötən dövrdə tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarı inşa olunaraq istifadəyə verildikdən sonra Babək rayonunda 4364, Culfa rayonunda 2311, Şahbuz rayonunda isə 244 hektar olmaqla, ümumilikdə, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmış və bütövlükdə, su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16 min 830 hektara çatmışdır. Həmçinin Kəngərli rayonunda 5800 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Uzunoba Su Anbarından 32,2 kilometr uzunluğunda suvarma xətti çəkilərək sahənin bir hissəsinə öz axını ilə, bir hissəsinə isə yeni nasos stansiyası tikilməklə 8 kilometr uzunluğunda təzyiqli boru xətti çəkilərək suvarma suyu verilmişdir. Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Kəngərli rayonunun Böyük­düz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində isə 1050 hektar, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur. Bundan əlavə, tutumu 150 milyon kubmetr olan Arpaçay Su Anbarı Şərur, Sədərək və Kəngərli rayonlarında suvarma işini xeyli yaxşılaşdırmışdır. Ümumilikdə, muxtar respublikada 62 min hektara yaxın əkinəyararlı torpaq sahəsi mövcuddur ki, bunun da 52 min hektara yaxını suvarılan sahələrdir.
Muxtar respublikamızda görülən işlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin artırılması ilə bağlı atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Belə ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2018-ci ilin məhsulu üçün qəti əkin sahəsi 61 min 935 hektar təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 404 hektar çoxdur.

Muxtar respublikada qəti əkinin dinamikası

2018-ci ildə muxtar respublikada cəmi əkin sahəsinin 57,8 faizini dənli və dənli-paxlalılar (qarğıdalı ilə birlikdə), 10 faizini tərəvəz bitkiləri, 4,5 faizini ərzaq üçün bostan ­bitkiləri, 5,2 faizini kartof, 0,5 faizini texniki bitkilər, 22 faizini isə yem bitkiləri təşkil etmişdir.

Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 194 ədədi 2018-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 2248 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir.
Həmçinin görülən tədbirlər nəticəsində istehsal olunmuş məhsulların ilboyu keyfiyyətli şəkildə istehlakçılara çatdırılması üçün muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar istifadəyə verilmiş və hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilməkdədir.
Hazırda muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində müasir meliorasiya-­irriqasiya sistemlərinin qurulması işləri aparılır. Belə ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” 2018-ci il 16 may tarixli Sərəncamı ilə muxtar respublikada “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılmasına başlanılması kənd təsərrüfatının daha da inkişafına müsbət təsir göstərəcəkdir.
Son dövrdə şanlı ordumuzun həyata keçirdiyi “Günnüt” əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi daxil olmaqla, ümumilikdə, 11 min hektara yaxın ərazi erməni işğalından azad olunmuşdur ki, bunun da 8 min hektarı kənd təsərrüfatı üçün yararlıdır.
Bütün bunlar muxtar respublikada iqtisadi sabitliyin və sosial dayanıqlığın başlıca şərti olan ərzaq təhlükəsizliyinin təminatına mühüm töhfədir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033549
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
359
5369
10781
84880
3033549

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter